Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Yeganə Bakıya nişanlısı ilə birlikdə gəlir
Yeganə Bakıya nişanlısı ilə birlikdə gəlir
Onlar toy günlərini açıqlayacaqlar
Şənbə, 31.10.2009

Z.Rəhimqızı mətn ölçüsü  

Müğənni Yeganənin Türkiyədə bir ildir mütəmadi yaşamasının səbəbləri bəlli oldu. Əldə etdiyimiz xəbərə görə, azərbaycanlı müğənni Yeganə şəxsi həyatı ilə bağlı Türkiyədən qopa bilməyib. Gənc və subay müğənni gələcək həyat yoldaşını məhz Türkiyədə tapıb. Hətta bu ikili arasında nişan mərasimi də olub. Ötən həftəsonu Bakıya qısamüddətli səfəri zamanı Yeganə yayılan bu məlumatı təsdiqləyib. Müğənni onu da diqqətimizə çatdırıb ki, bu həftəsonu o, türk nişanlısı ilə birgə yenidən Bakıya gələcək. Cütlük ilk dəfə olaraq bu səfər müddətində yerli media və ictimaiyyətin qarşısına çıxacaq.

Müğənni onu da qeyd edib ki, nişanlısı ilə bərabər o, Bakıya yeni albomu və yeni klipini də gətirir:

"Bu dəfə Bakıda qısamüddətli oldum. Bu səbəbdən televiziya və media mənsubları ilə görüşmək istəmədim. Həm də ona görə ki, onlara təqdim edəcək işlərim hazır deyildi. Onlarla görüşü növbəti səfərə saxlamışam. Bir neçə gündən sonra yenidən Vətənimdəyəm. Şəxsi həyatımda baş verən dəyişikliyi ilk sizinlə bölüşmüşəm. Bunu əyani şəkildə KİV-ə çatdırmaq istəyirəm. Bu zamana kimi Türkiyədə bir çox paparatsilər bizi yaxalamaq istəsələr də, cəhdləri boşa çıxıb. Biz adət-ənənəyə uyğun olaraq nişanlanmışıq və bu bərabərliyi daha gizlətmək niyyətim yoxdur".

Daha sonra Yeganə bildirib ki, Almaniyada hazırlanan albomu və albomda yer alan "Askolik" mahnısına çəkilən klipi də sənətçi xanım gələcək həyat yoldaşı ilə birlikdə Bakıda təqdim edəcək. Bunun üçün məxsusi olaraq müğənni mətbuat konfransı keçirməyi düşünür. Söhbətin davamında bəlli oldu ki, Yeganənin gələcək həyat yoldaşı Bakını yaxından tanımaq istəyir. Onun bu arzusunu nəzərə alan Yeganə xanım səfər müddətində ona bu imkanı yaradacaq.

Onların hansı tarixdə nikah masasına oturacaqlarına gəlincə, öyrənə bildik ki, mətbuat konfransında müğənni bu barədə suallara ətraflı məlumat verməyə çalışacaq. Eyni zamanda, nişanlısının kimliyi barədə danışacaq. Sonda müğənni toy mərasiminin uzaq gələcək üçün planlaşdırılmadığını diqqətə çatdırdı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

Yeganə iki ölkədə toy çaldıracaq

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bölmənin digər xəbərləri
 
Nazpəri Dostəliyeva "Eurovision" namizədləri ilə eyni səhnədə
O, klipə duet ortaqları ilə çəkilir

"Eurovision"un səsvermə qaydalarında ciddi dəyişiklik
Fonoqram səhnədən tamam yığışdırılır

Səməd Səmədov yenidən ekranda
Onun Fuad Əlişovla işbirliyi var

Namiq Qaraçuxurlu rep oxuyacaq
O, dinləyicini təəccübləndirmək istəyir

Nadir Qafarzadə etiraz etdi
12 min manata toya getmədiyini deyir

İlhamə Quliyeva plastik əməliyyat keçirdi
Müğənni özünü yaxşı hiss etdiyini bildirib

Maykl Ceksondan bəhs edən film nümayiş olunub
Ekran işi 18 şəhərdə göstərilib

"Eurovision"a namizədlər "Yol" romanının vokallarını oxuyublar
Müəllif onların adlarını açıqlamaq istəmədi

Bryus Uils və Emma Heminq Show TV-də qonaq olacaqlar
Məşhur aktyor "Varmısın, Yokmusun?"da caz oxuyacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər