Xalq artisti Nazpəri Dostəliyeva növbəti klipin çəkilişlərini bitirmək ərəfəsindədir. Onun mətbuat əlaqələndiricisi bildirib ki, ekran işində Nazpəri xanım tək deyil, yeni həmkarları ilə görünür. Xalq artistinin budəfəki duet ortaqları "Eurovision 2010" yarışmasının namizədlərindən olan "NEXT" qrupudur. Klip isə yeni aranjimanda hazırlanan "Getdi yar" xalq mahnısına çəkilir.
Məlumatın davamında qeyd olunur ki, klip "NEXT" qrupunun Ukraynada hazırlanan albomu ilə əlaqədar gecikib. Onu da qeyd edək ki, klipin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində aparılır.
Xəbərin maraqlı məqamlarından biri budur ki, həmin klipdə Hollivuddan gətirilən 257 min avro dəyərində avtomobildən istifadə olunur. Bu avtomaşın Hollivudun məşhur filmlərindən birində göstərilib.
|