Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Bakıda fırıldaqçı erməni qadın tutuldu
Bakıda fırıldaqçı erməni qadın tutuldu
Lidiya Balasanova Hacıbala Abutalıbov və Arif Qaraşovun adından istifadə edib
Şənbə, 31.10.2009

C.Məmmədov mətn ölçüsü  

Bakı şəhərində dələduzluqla məşğul olan erməni qadın tutulub. Bu qadın vətəndaşların etibarından istifadə edərək onlara obyekt almaqda kömək etmək adı ilə külli miqdarda pulu mənimsəyib. Əsl adı Lidiya Qriqoryevna Balasanova olan bu qadın Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanıb.

Polis bölməsinlən ANS-ə verilən məlumata görə, həyat yoldaşının soyadını götürən qadın adını da dəyişib və Leyla İsgəndərova kimi şəxsiyyət vəsiqəsi alıb. O, əvvəllər milliyyətcə azərbaycanlı olan həyat yoldaşı Azad İsgəndərovla birlikdə dələduzluq əməlinə görə 8 il məhkumluq həyatı yaşayıb.

Hazırda L.Balasanovanın əməlindən zərərçəkənlərdən 6 nəfərin adı məlumdur. Balasanova 50 min manat aldığını etiraf etsə də, bu məbləğin 120-130 min manat olduğu ortaya çıxıb.

Zərərçəkmişlərin nümayəndəsi Abdulla Əfəndizadə bildirib ki, L.Balasanova onlara özünü neft şirkətlərindən birində yüksək vəzifəli şəxs kimi təqdim edib. Onun sözlərinə görə, qadın hətta vətəndaşları inandırmaq məqsədilə Daşınmaz Əmlak və Dövlət Reyestri Xidmətinin sabiq sədri Arif Qaraşov və Bakı meri Hacıbala Abutalıbovla danışıqlar apardığını deyirmiş.

A.Əfəndizadə L.Balasanovanın öz cinayət əməlini oğlu ilə birlikdə həyata keçirdiyini iddia edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yerevan yeni səfirini təyin etdi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Bölmənin digər xəbərləri
 
Dələduzların məhkəməsi başladı
Onlar işədüzəltmədə, özəlləşdirmədə kömək adı ilə vətəndaşların iri məbləğdə pullarını mənimsəyiblər

Homoseksualistin qatili müttəhimlər kürsüsündə
O, "gəzdiyi kişi"ni öldürməsinin səbəblərini açdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər