Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Homoseksualistin qatili müttəhimlər kürsüsündə
Homoseksualistin qatili müttəhimlər kürsüsündə
O, "gəzdiyi kişi"ni öldürməsinin səbəblərini açdı
Şənbə, 31.10.2009

Hacı mətn ölçüsü  

Cəbrayıl rayon sakini, 1987-ci il doğumlu Orxan Bağdad oğlu Əliyev bu il iyunun 21-də paytaxtın Əzizbəyov rayonunun Qala stansiyasındakı yeni yaşayış sahəsində nömrəsiz evdə tək yaşayan tanışı Arif Zuxrabovun evinə gəlib. O, sonuncunun razılığı ilə onunla oral və anal üsulla cinsi əlaqədə olub. Arif Zuxrabov daha sonra yatıb. Orxan Zuxrabovun yatmasından istifadə edərək, ona bıçaqla çoxsaylı zərbələr vuraraq, qətlə yetirib.

Bundan sonra Orxan Əliyev tamah məqsədini həyata keçirərək, evdə axtarış aparıb, lakin qiymətli heç nə tapa bilməyib. O, Zuxrabova məxsus dəyəri 174 manat olan mobil telefonu və pal-paltarını oğurlamaqla, onun 209 manat dəyərində əmlakını ələ keçirib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Orxan Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hərbi xidmətə çağırılmazdan əvvəl Qala stansiyasındakı kafeyə tez-tez gəlib-gedən vaxtlarda stansiyanın yaxınlığında yaşayan Arif Zuxrabovla tanış olub. Onun sözlərinə görə, uşaqlarla söhbətlərdən Arifin homoseksualist olduğunu bilib: "Birinci tanışlıq zamanı Ariflə stansiyadakı kafedə domino oynadıq. Sonra stansiyadan yuxarı gizli yerə gedərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olduq...".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, 2005-ci ilin payızında mütəmadi olaraq Ariflə görüşüb və onunla anal və oral sekslə məşğul olub. Onun sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra yenə də Ariflə görüşməyə başlayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, Arifin Qala qəsəbəsindəki evində görüşüblər: "Ayda təxminən 3-4 dəfə bir qayda olaraq, Arifin evinə gəlmişəm. Təxminən bir saat onunla intim əlaqədə olmuşam və daha sonra getmişəm".

Orxan Əliyev ifadəsində qeyd edib ki, Arif zəif eşitdiyinə görə çox vaxtlar onunla mesajla yazışıb və görüşüb: "Arifin dediyinə görə, homoseksualist müştəriləri həddindən artıq çox olub, o, hər gün görüşə gedib və buna görə də müştəriləri ona pul verib. Arif heç vaxt cinsi əlaqədə olduğuma görə məndən pul istəməyib. İyunun 14-də evimizdə sevdiyim Rima adlı qızla nişanlanmaqla bağlı valideynlərimlə mübahisəm olmuşdu, buna görə də evə getmir, Rəsulzadə qəsəbəsində dayımgildə qalırdım. İyunun 19-da səhər Qala stansiyasına gələrək, orada vaxtımı keçirdim, axşam saat 22.00 radələrində Nazının kafesində kompüter oynayan zaman Arif də kafeyə gəldi. Biz birlikdə çay içərkən Arifin telefonuna mesaj yazaraq, gecə yanına gəlməyi soruşdum. Arif də mənə "hə" deyə cavab yazdı.

REKLAM

Sonra Arif çıxıb getdi. Saat 23.30 radələrində Arifin yanında adam olub-olmamasını öyrənmək məqsədilə ona "təksən, gəlim yanında qalım" sözlərini mesajla göndərdim. Arif isə mesajla "gəl, evdə qənd, çay, siqaret yoxdur, əgər imkan varsa, dükandan yeməyə bir şey al" cavabını verdi. Mən də dükandan bir qutu "Vesti" siqareti, qənd və çay alaraq, Arifin evinə yollandım. Gecəni Arifgildə qaldım".

Təqsirləndirilən şəxs Arif Zuxrabovu öldürməsinin səbəblərini də açıqladı: ""Gecə Arifgildə olan zaman mənə bildirdi ki, kreditə təzə televizor və soyuducu alıb. Mən də aldığı əşyalara mübarək dedim. Gecə onunla qaldım və səhər saat 9.00 radələrində getdim. Arifin özünə təzə televizor və soyuducu aldığını güman etdiyim üçün onun pulu da olacağını güman etdim. Gecə Arifin evində qalaraq, onu öldürüb, sonra da televizoru və soyuducunu aparıb satmaq, evi axtararaq pulları tapmaq qərarına gəldim. Yenidən onun yanına getmək üçün mesaj yazdım. Amma Arif mənə cavab yazmadı. Ona görə də uşaqların yanından ayrılaraq, kənardan Arifə zəng etdim və onun yanına gəlmək istədiyimi dedim. Arif isə yanında adam olduğunu, bir saatdan sonra zəng edəcəyini bildirdi. Mən sonra Akif, Tural və Rəmişlə Nazının kafesinə getdim. Bir müddət sonra uşaqlardan aralanıb, Arifə zəng etdim və gəlmək istədiyimi dedim. Arif isə "yeməyə bir şey al və gəl" dedi. Mən də Nazıdan çay içməyə bir ədəd rulet alaraq, Arifgilə yollandım. Ariflə televizora baxa-baxa çay içdik. Sonra ikimizdə soyunduq...".

Təqsirləndirilən şəxs qeyd edib ki, Ariflə birlikdə olduqdan sonra onun yuxuya getməsini gözləyib. Onun sözlərinə görə, Arif yatandan sonra mətbəxdən bıçağı götürərək, ona çoxsaylı zərbələr vurub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə CM-nin bir neçə ağır maddəsi ilə ittiham olunan Orxan Əliyevin məhkəmə prosesi davam edir.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Dələduzların məhkəməsi başladı
Onlar işədüzəltmədə, özəlləşdirmədə kömək adı ilə vətəndaşların iri məbləğdə pullarını mənimsəyiblər

Bakıda fırıldaqçı erməni qadın tutuldu
Lidiya Balasanova Hacıbala Abutalıbov və Arif Qaraşovun adından istifadə edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər