Naxçıvanın "Araz" futzal klubunun UEFA kubokunda keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib. AFFA-dan aldığımız bilgiyə görə, Azərbaycan çempionunun elit raundda oynayacağı matçların hamısı eyni vaxtda başlayacaq.
"Araz"ın mübarizə aparacağı "D" qrupunun noyabrın 19, 20, 22-də keçiriləcək oyunları Bakı İdman Sarayında yerli vaxtla saat 18.00-da baş tutacaq. Bu qrupda "Araz"ın rəqibləri Qazaxıstanın "Kayrat", Yunanıstanın "Atina-90" və Latviyanın "Nikars" klublarıdır.
Azərbaycan çempionu ilk oyununu noyabrın 19-da "Atina-90"na qarşı keçirəcək. Noyabrın 20-də "Nikars"la, 22-də isə "Kayrat"la oynayacaq.
|