Futbol üzrə milli yığma komandamız gələn ay Birləşmiş Ərəb Əmirliklərində mini turnirdə iştirak edəcək. AFFA-nın internet saytının xəbərinə görə, yığma komandamız noyabrın 12-də Dubaya yola düşür. Komandamızın keçirəcəyi oyunların tarixi də müəyyənləşib.
Turnirdə yığmamızla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq və Çexiya milliləri də mübarizə aparacaq. Komandamız ilk oyunu noyabrın 15-də İraq yığmasına qarşı keçirəcək. Bu oyunun qalibi noyabrın 18-də BƏƏ-Çexiya matçının qalibi ilə, eyni zamanda hər iki cütlüyün məğlub komandaları bir-biri ilə qarşılaşacaq.
|