Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Yanko RUSEV: "Gələn il nəticəmiz olacaq"
Yanko RUSEV: "Gələn il nəticəmiz olacaq"
Ağırlıqqaldırma üzrə yığmamız dünya çempionatına hazırlaşır
Şənbə, 31.10.2009

mətn ölçüsü  

Ağır atletika üzrə milli yığma komandamız noyabrın 19-da Cənubi Koreyada başlanacaq dünya çempionatına hazırlığın son mərhələsindədir. Bu yarış bolqarıstanlı mütəxəssis Yanko Rusevin yığma komandamızın baş məşqçisi postunda ilk ciddi sınağı olacaq. Əcnəbi məşqçi dünya çempionatına hazırlıqla bağlı "azerisrort.com" idman saytına müsahibə verib. Müsahibəni qısa ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.

- Dünya çempionatına hazırlığın gedişindən razısızmı?

- Bolqarıstanın Varna şəhərində keçirdiyimiz təlim-məşq toplanışı çox məhsuldar oldu. Son on gündür ki, "AZAL" Aviasiya Akademiyasının idman zalında məşq edirik. Bakı məşqləri daha çox bərpaedici xarakter daşıyır. Komanda üzvləri Bolqarıstanda yaxşı mənada "yükləniblər" və indi bir qədər nəfəs dərməyə ehtiyac var.

- Bir neçə ay əvvəl demişdiniz ki, komanda üzvlərinin fiziki hazırlığı aşağıdır. Bəs vəziyyət indi necədir?

- Bizim ağırlıqqaldıranların potensialı böyükdür. Əgər digər komandalarda güclü atletlərin sayı bir neçə nəfərdirsə, Azərbaycan yığmasının bütün üzvləri yüksək yerlər uğrunda mübarizə apara bilər. Sadəcə, idmançılarımız məşq sisteminin qurulmasında rəqiblərinə uduzurdular. Amma indi vəziyyət dəyişir. Mən Azərbaycan yığmasını İvan Boyaşevin sistemi ilə məşq etdirirəm. Bu sistem dünya ağırlıqqaldırmasına Naim Süleymanoğlu, Xalil Mutlu və eləcə də mənim kimi olimpiya çempionlarını verib.

- Dünya çempionatından nə gözləyirsiz?

- Dünya çempionatı kimi sanballı yarış üçün bizim idmançıların təcrübəsi yetərli deyil. Əlbəttə, medallar uğrunda mübarizə aparmaq onlar üçün çətin olacaq, amma düşünürəm ki, gələn il ilk nəticələrimiz olacaq. Razılaşın ki, komandanın hazırlığını lazım olan səviyyəyə çatdırmaq üçün 3-4 ay çox az müddətdir. Bizim əsas məqsədimiz 2012-ci il London Olimpiadasında nəticə əldə etməkdir.

- Bəs ikiqat dünya çempionu Nizami Paşayevin hazırkı durumu necədir?

- Onun işi o qədər də asan olmayacaq. Çünki köhnə zədəsi özünü bildirir. Üstəlik, artıq dediyim kimi, biz uzunmüddətli proqramla məşq edirik və inanıram ki, bəhrəsini də görəcəyik.

- Komandaya baş məşqçi təyin olunanda demişdiniz ki, yığmaya legioner atletlər cəlb edilə bilər. İndi də həmin fikirdəsiz?

- İndi bu fikirdəyəm ki, buna ehtiyac yoxdur. Azərbaycanda əla ağırlıqqaldıranlar var, sadəcə, onlarla işləmək lazımdır. Komandada rəqabət var, idmançılar texnikanı bilirlər. Odur ki, yığmaya əcnəbi idmançıların gətirilməsinə ehtiyac görmürəm.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli 28 qat(!) dünya rekordçusuna tapşırıldı

Milli komandamızda yeni baş məşqçi

Azərbaycan atleti Avropanın ən güclüsüdür

Bölmənin digər xəbərləri
 
Tələbə müəlliminə dərs verdi
"Qarabağ" "Xəzər-Lənkəran" üzərində layiqli qələbə qazandı

Hər halda medal olacaq, amma...
Serbiyanın Novi Sad şəhərində kişi və qadın şahmatçılardan ibarət komandalar arasında 17-ci Avropa çempionatına yekun vurulub.

Futbol yığmamız Dubaya gedir
Futbol üzrə milli yığma komandamız gələn ay Birləşmiş Ərəb Əmirliklərində mini turnirdə iştirak edəcək.

"Araz"ın oyunlarının vaxtı dəqiqləşdi
Naxçıvanın "Araz" futzal klubunun UEFA kubokunda keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib.

Voleybol yığmamızın rəqibləri məlum
Lüksemburqda qadın voleybolçulardan ibarət milli komandalar arasında 2011-ci ildə keçirilən Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

"Azərreyl" türk məşqçiyə tapşırıldı
Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubuna yeni baş məşqçi təyin olunub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər