YUĞ Teatrı yeni əsərə müraciət edib. Teatrın baş rejissoru və bədii rəhbəri Vaqif İbrahimoğlunun sözlərinə görə, teatr kollektivinin üzərində işlədiyi Şekspirin "12-ci gecə" əsəridir:
"Gənc rejissor Mikayıl Mikayılov bu əsərə quruluş verir. Əsərdə Molyerin, Şillerin musiqilərindən istifadə olunacaq. Baş rolda isə teatrın aparıcı aktyorları oynayacaqlar. Onların arasında Bikə xanım və Sabir Ənvər də var".
Teatrda aparılan təmir işləri ilə bağlı danışan teatr rəhbəri konkret olaraq bildirdi ki, sənət ocağı tezliklə tamaşaçılarının üzünə açılacaq.
|