![]() |
çap et |
|
|||
Gənclər və İdman Nazirliyi Rəssamlar İttifaqı ilə birgə Müstəqil Dövlətlər Birliyi ölkələrinin gənc rəssamları arasında "Məndə sığar iki cahan" mövzusunda internet rəsm müsabiqəsi sərgisi keçirir.
Rəssamlar İttifaqının xəbərində bildirilir ki, Müstəqil Dövlətlər Birliyi ölkələrinin gənc rəssamları arasında keçirilən bu müsabiqə ilk dəfə olaraq internet vasitəsilə aparılır. Müsabiqədə başlıca məqsəd gənc rəssamların istedadının üzə çıxarılması və üzv ölkələr arasında yaradıcı əməkdaşlığın qurulmasıdır. Bu müsabiqədə istənilən gənc rəssam 17 yaşdan 30 yaşa qədər olmaq şərti ilə iştirak edə bilər. Bunun üçün, sadəcə, www.artcis.az saytına daxil olaraq qeydiyyatdan keçmək və öz rəsm əsərini bu saytda yerləşdirmək lazımdır. Müsabiqədə mövzu və işləmə texnikası tam sərbəstdir və iştirakçı istənilən janra müraciət edə bilər. Müsabiqədə münsiflər heyəti peşəkar rəssamlardan ibarətdir. Qiymətləndirmə isə internet vasitəsi ilə aparılır. Xəbərdə deyilir ki, müsabiqə 4 nominasiya üzrə keçirilir. 2 xüsusi və 3 həvəsləndirici mükafat qaliblərə müsabiqənin nəticələrinin elan olunduğu gün noyabrın 26-da təqdim olunacaq. |