Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Eldəniz İbrahimov: "İsti yer axtarmamışam, isti problemlər daha maraqlıdır"
Eldəniz İbrahimov: "İsti yer axtarmamışam, isti problemlər daha maraqlıdır"
Onlardan biri - yaxın perspektivdə sənətdə hansı rəssamları görəcəyimizdir
Şənbə, 31.10.2009

Sevinc İsmayıl mətn ölçüsü  

"Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov ilə müsahibəmizin mövzusu incəsənətdir.

- İncəsənətə gəlişim və bioqrafiyam çox geniş bir söhbətin mövzusudur. Doğrudur, gənclik illərində bədii yaradıcılıqla məşğul olmuşam (o vaxt dəbdə olan janr aforizmlər, kəlamlar idi), kəlamlarım respublika mətbuatında, Moskvada nəşr olunan "Literaturnaya qazeta"da və "Studençeski meridian" jurnalında çap olunub. Hətta gənc satirik yazıçıların toplusuna da daxil edilib. Ancaq bu gün aralarında qalan məsafəni ölçməyə, kəlam şəklində ifadə etməyə çətinlik çəkirəm:

- O kəlamlardan heç olmasa birini söyləyə bilərsinizmi?

- O kəlamlardan biri "İstiqlal" qəzetində atalar sözü kimi qələmə verilmişdi: "Bəlkə isti yer axtarmaq bizə atəşpərəstlikdən miras qalıb?"

Yəqin ki, Laroşfuko mənə həsəd apara bilər, çünki onun heç bir aforizmi fransız atalar sözü kimi qələmə verilməyib.

- Bu kəlam sizin bioqrafiyanızda azacıq da olsa öz əksini tapıbmı?

- Heç vaxt isti yer tapıb rahat oturmamışam. İsti yer bir az vulkana bənzəyir. Ancaq isti, aktual problemlər, özü də yaradıcılıqla bağlı problemlər çox maraqlıdır. Doğrudur, onları təkbaşına həll etmək imkan xaricindədir. Lakin səbəbləri, nəticələri araşdırmaq, dövlət strukturlarına onların həllini asanlaşdırmaq üçün tövsiyələr hazırlamaq mümkündür.

- Siz "Abşeron" Rəsm Qalereyasının - Azərbaycan mədəniyyət tarixində ilk özəl qalereyanın direktorusunuz. Tərtib olunmuş tədbirlər, sərgilər planınız var. Sərgilər silsiləsinin həyata keçirilməsi bədii yaradıcılıqla bağlı problemləri araşdırmağa mane olmur ki?

- Əslində iki fəaliyyət növünün biri o birini diktə edir. Axı mən həm də publisist və sənətşünasam.

- İndi isə gəlin konkret araşdırma obyektlərindən danışaq. Bəlkə layihələrinizdən başlayaq?

- Buyurun. Ötən ildən başlayaraq üç nəşr layihəsinin həyata keçirilməsinə başlamışıq: "Milli dəyərlər", "Vətən qarış-qarış" və "Art-monitor". "Milli dəyərlər" layihəsində Azərbaycan mədəniyyəti ilə bağlı geniş oxucu kütləsinə məlum olmayan məqamlar, habelə az təbliğ olunmuş mərhum rəssamlarımızın yaradıcılığı işıqlandırılacaq. "Vətən qarış-qarış" layihəsi Azərbaycanın müxtəlif regionlarına, habelə Azərbaycan Respublikasından kənardakı tarixi yurd yerlərimizə həsr olunacaq.

REKLAM

"Art-monitor" layihəsi elmi araşdırmalara daha yaxındır. Birinci layihədən iki nəşr - "Ənvər Əliyevin yarımçıq qalmış melodiyası" və "Rəhman Şıxəliyev - böyük yolun başlanğıcında" işıq üzü görüb. "Vətən qarış-qarış" seriyasından cəmi bir kitab çap etmişik - "Şərqin qapısında möcüzələr". Bu kitab da Şəki-Zaqatala bölgəsinə daxil olan altı rayondan - Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndən, Allahın bu bölgələrə bəxş etdiyi möcüzələrdən, tarixi abidələrdən, təbiət möcüzələrindən, adət-ənənələrindən bəhs edir.

Üçüncü seriyadan da iki kitab nəşr etmişik - "Mais Əliyev - qrafika akkordları" və "Azərbaycanın gənc rəssamları". Görkəmli qrafika ustası Mais Əliyevin yaradıcılığı nümunəsində biz ümumiyyətlə müasir qrafika sənətimizdə formalaşan təmayülləri araşdırmışıq. Təəssüf ki, qrafika sənətimiz get-gedə tənəzzülə uğrayır. Bunun səbəblərini araşdırmağa çalışmışıq.

- "Art-monitor" seriyasından ikinci kitabınız "Azərbaycanın gənc rəssamları" adlanır. Seriyanın orijinal adı necə izah olunur? Niyə məhz tanınmış rəssamlara yox, məhz gənc rəssamlarla bağlı mövzuya müraciət etdiniz?

- "Art-monitor" dedikdə təsviri incəsənətlə bağlı proseslərin, təmayüllərin müşahidə olunması, araşdırılması nəzərdə tutulur. Ona görə məhz gənc rəssamların yaradıcılığını araşdırmışıq ki, ən perspektivli yaradıcı nəsil məhz gənclikdir. Yaşlı rəssamlarımız dünyasını dəyişirlər, orta nəslə məxsus rəssamların yaradıcılığı isə, on beş-iyirmi rəssam istisna olmaqla, durğunluq vəziyyətindədir. Görünür, yaradıcı enerjiləri tükənib. Bir sıra kifayət qədər yaradıcı enerjisi olan rəssamlarımız da konseptual sərgi ləyihələrinin təşkili ilə məşğul olurlar. Biz isə yaxın gələcəkdə kimlərlə işləyəcəyimizi bilməliyik.

- Hazırda hansı nəşr layihəsi üzərində çalışırsınız?

- "Art-monitor" seriyasından uşaq və yeniyetmə yaradıcılığına həsr olunmuş "Təsviri sənətdə 100 çiçək" toplusunu hazırlayırıq. Məşhur yazıçı Antuan de Sent-Ekzüperi uşaqları "həyatımızın çiçəkləri" adlandırmışdı.

- Dediyiniz kimi, "Art-monitor" layihəsində hazırlanan kitablar elmi araşdırmalara çox yaxındır. Siz öz araşdırmalarınızda alim və mütəxəssislərlə əlaqə saxlayırsınızmı?

- Sənətşünaslığı elmi araşdırmalara yaxın hesab etmək kifayət deyil. Çünki sənətşünaslıq elə elmin özüdür. Bəli, mən publisist- sənətşünasam, Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin üzvüyəm. On beş ildən artıqdır təsviri incəsənətlə bağlı məqalələrim, kitablarım dərc olunur. Elmi dərəcəsi olan həmkarlarımla - Leyla Axundzadə, Sara Nəzirova, Dilarə Vahabova, Ziyadxan Əliyev və başqaları ilə sıx əlaqələr saxlamışam. Sənətşünaslıq elmləri doktoru - Kübra Əliyeva ilə birgə görkəmli ornametalist - rəssam Lətif Kərimova həsr olunmuş kitab hazırlamış və nəşr etdirmişik. Bu gözəl nəşr Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub. Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, görkəmli alim Sakit Hüseynov bədii yaradıcılığın sosiologiya və psixologiyası ilə bağlı layihənin hazırlandığını bildirdi və əməkdaşlıq təklif etdi. Yəqin ki, Sakit müəllimlə əməkdaşlığı elə sonuncu kitabdan başlayacağam.

İlk baxışdan kiçik görünən bu mövzunun - uşaq təsviri yaradıcılığının çox böyük problemləri var. Məsələn, biz hər il sərgilərdə yüzlərlə istedadlı uşaq və yeniyetmənin əsərləri ilə rastlaşırıq. Ancaq heç yüz nəfərdən biri də gəlib peşəkar təsviri sənətə çıxmır. Mən bunu "Azərbaycanın gənc rəssamları" kitabını hazırlayarkən kəşf etdim və növbəti kitabı uşaq və yeniyetmələrə həsr etməyi qərara aldım.

- Sizin bütün kitablarınızı birləşdirən ümumi cəhətlər varmı?

- İndiyədək nəşr etdirdiyimiz altı kitabın başlıca ümumi cəhəti - onların maarifçi xarakter daşımasıdır. Bilirsiniz, publisistika elmə çox yaxındır. Ancaq publisistin hazırladığı materiallar daha geniş kütlə üçün nəzərdə tutulur. Daha maraqlı və oxunaqlı şəkildə tərtib olunur. Bütün nəşrlərin texniki formatı eynidir və hamısı üç dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunur.

- Qəribədir, ancaq bu sualların cavablarından adam doymur.

- Bu, təbiidir. Danışdığımız problemlər olduqca geniş və çeşidlidir. Onların hər birini ayrıca şərh etməyə hazıram. Gəlin "Təsviri sənətdə 100 çiçək" toplusunun işıq üzü görməsini gözləyək və elə ondan başlayaq. Ümid edirəm ki, bu kitab Prezidentin sərəncamı ilə elan olunmuş "Uşaq ili" layihəsi çərçivəsində layiqli hədiyyə olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

40-a yaxın rəssam İttifaqa üzv oldu

Səttar Bəhlulzadənin yaradıcılıq evi açılacaq

Bölmənin digər xəbərləri
 
Sənətçilərimizin Ukraynada silsilə konsertləri
Tədbirlər Müstəqillik Gününə həsr olunub

"Əli və Nino"nun müəllifi kimdir?"
Eyniadlı sərgiyə 70-dən çox fotoarxiv materialı çıxarılıb

Naxçıvanın incəsənət ustaları Türkmənistana gedir
Mədəniyyət günlərində ölkəmizi onlar təmsil edəcək

Mənsum İbrahimovun tələbələri konsert verəcək
Heydər Əliyev Sarayında muğam gecəsi təşkil edilir

"Çanaqqaladan başlayan yol" filminin təqdimatı keçirilib
Film azərbaycanlıların Türkiyə istiqlal savaşına yardımından bəhs edir

"Məndə sığar iki cahan" adlı internet rəsm müsabiqəsi keçirilir
Gənclər və İdman Nazirliyi Rəssamlar İttifaqı ilə birgə Müstəqil Dövlətlər Birliyi ölkələrinin gənc rəssamları arasında "Məndə sığar iki cahan" mövzusunda internet rəsm müsabiqəsi sərgisi keçirir.

Müasir İncəsənət Mərkəzində gənc rəssamların sərgisi keçirilir
Müasir İncəsənət Mərkəzində "Avropa: Ümumi irs" və "Avropa mədəni irs günləri" layihəsinin yekunlarına həsr edilən fotosərgi keçirilir.

Sumqayıt şəhərinin yubileyi qeyd olunub
Sumqayıtın 60 illik yubileyi münasibəti ilə həmin şəhərdə konsert proqramı keçirilib.

Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi yenidən qurulacaq
Ağcabədidə fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyi yenidən qurulacaq.

YUĞ Şekspiri səhnələşdirir
YUĞ Teatrı yeni əsərə müraciət edib. Teatrın baş rejissoru və bədii rəhbəri Vaqif İbrahimoğlunun sözlərinə görə, teatr kollektivinin üzərində işlədiyi Şekspirin "12-ci gecə" əsəridir:

Bakıda Kino Evi inşa ediləcək
Azərbaycan Kinematoqrafçılar İttifaqında Kino Evi layihəsinin təqdimatı olub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər