"Əli və Nino"nun müəllifi kimdir?"
 |
Eyniadlı sərgiyə 70-dən çox fotoarxiv materialı çıxarılıb
Şənbə, 31.10.2009
|
|
Ötən gün M.F.Axundov adına Milli Kitabxanada "Əli və Nino" əsərinin müəllifi kimdir?" adlı ədəbiyyat sərgisinin açılışı oldu. Sərgi Almaniya səfirliyinin təşəbbüsü ilə təşkil olunmuşdur. Kitabxananın direktoru Kərim Tahirov sərginin açılışında çıxış edərək "Qurban Səid" təxəllüsü ilə yazan, Azərbaycan mühacir ədəbiyyatının ünlü isimlərindən olan Məhəmməd Əsəd bəyin yaradıcılığına nəzər salıb.
Daha sonra Almaniyanın ölkəmizdəki səfiri Pyer Stankina çıxış edib. O bildirib ki, uzun müddətdir mətbuatda "Əli və Nino" əsərinin müəllifi haqqında fərqli məlumatlar yer almaqdadır. Səfir xatırladıb ki, sözügedən əsərdə yüz il öncə azərbaycanlı oğlu ilə gürcü qızı arasında olan sevgi qələmə alınıb. Səfirin fikrini davam etdirən professor Həsən Quliyev bir çoxlarının bu günə qədər məhəbbət romanı kimi qəbul etdiyi əsərdə hadisələrin Rusiya inqilabı, demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə etdiyi barədə söz açıb.
Sərgidə amerikalı şərqşünas Tom Reis tərəfindən toplanan və Qurban Səidin həyat və yaradıcılığını əks etdirən 70-dən çox fotoşəkil və arxiv materialı nümayiş etdirilir.
|
|
|
|
|
|
|