Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Yardım alanlar "yoxsulluq tələsi"nə düşüblər
Yardım alanlar "yoxsulluq tələsi"nə düşüblər
Onlar təklif edilən işlərdən imtina edir, ancaq və ancaq yardım umurlar
Şənbə, 31.10.2009

Banu mətn ölçüsü  

Hazırda Azərbaycanda 152 500 ailə, təxminən 700 min nəfərə yaxın ailə üzvü ünvanlı dövlət sosial yardımı alır. Yardım təyin olunan ailələrin 90 faizi uşaqlı ailələr, yardım alan ailə üzvlərinin 50 faizi uşaqlardır. Ünvanlı sosial yardım ödənilən ailələrin 45 faizi üç və daha çox uşağı olan ailələrdir. Bu gün ölkədə hər bir ailəyə düşən ünvanlı yardımın məbləği isə 107 manatdır.

Ünvanlı sosial yardım alan ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini narahat etməyə başlayıb. Qurumun yoxsulluq problemləri və ÜSY siyasəti şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, dövlət tərəfindən aztəminatlı ailələrə verilən pul yardımının həm mənfi, həm də müsbət tərəfləri var. Müsbət cəhəti odur ki, həmin ailələrə dövlət tərəfindən dəstək verilir. Mənfi cəhəti isə odur ki, bu ailələr "yoxsulluq tələsi"nə düşə bilər. Bu o deməkdir ki, onlar oturub bu yardımı gözləyəcəklər. Yəni dövlətlə birgə həmin ailələr də aktiv olmalı, hər bir ailə başçısı öz ailəsi qarşısında məsuliyyət daşımalı, hansısa bir addım atmalıdır.

Araşdırmalardan məlum olub ki, ünvanlı sosial yardım alanların 20 faizi 4-5-ci dəfə yardım alanlardır. Təbii ki, bu da narahatlıq yaradan amildir. Yaranmış vəziyyətin qarşısını almaq üçün nazirlik yeni layihələr üzərində işləyir. Qurum bu layihələrin tətbiq olunacağı kontingenti müəyyənləşdirməyə çalışır. N.Qasımov: "Hazırda bazada ən aztəminatlı ailələrlə bağlı xeyli məlumat toplanıb. Biz tez-tez bu bazanı təhlil edirik. Hazırladığımız Dövlət Proqramı çərçivəsində həmin ailələr üçün aktiv tədbirlər düşünürük. İstəyirik ki, onlarla fərdi şəkildə layihələr həyata keçirək və onların yoxsulluq vəziyyətindən çıxıb normal yaşaması üçün şərait yaradaq".

Maraqlıdır ki, ünvanlı sosial yardım alanların əksəriyyəti ona təklif edilən işlə məşğul olmaq istəmir. Bu məsələ xüsusən də cənub bölgəsində özünü göstərir. Belə ki, əmək qabiliyyətli insan yardım istəyir. Bu halda müraciətçiyə məşğulluq orqanına müraciət etmək tövsiyə edilir. Əgər məşğulluq statusu müəyyənləşdikdən sonra həmin şəxs üzrlü səbəbdən işə qəbul oluna bilmirsə, bu zaman ona yardım vermək olar. Ancaq məşğulluq orqanı tərəfindən təklif olunan işdən bilərəkdən imtina edilərsə, bu halda yardım verilmir. Təəssüf ki, qəbullar zamanı buna çox rast gəlinir. Nə işləmək istəyən, nə də işləməyə cəhd eləyən adam var. Ancaq yardım istəyirlər.

Onu da qeyd edək ki, gələn il üçün ehtiyac meyarı artırılacaq və bu məbləğ 65 manata qalxacaq. Ehtiyac meyarı həddi tədricən yaşayış minimumuna çatdırılmalıdır. Əvvəl bu məbləğ 30 manat təşkil edirdi. Məbləğ hazırda 60 manata çatdırılıb. Büdcə paketində nəzərdə tutulub ki, gələn il bu hədd 65 manata çatdırılsın.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Senatı Ermənistana maliyyə yardımını azaltdı

Madonna səhnədə huşunu itirdi

Rüşvətsiz, qayda-qanunla yaşamaq istəmişdik

İmkanlıdır, amma "uşaqpulu"na göz dikir

Hökumətin öhdəlikləri icra imkanları azalıb

Bölmənin digər xəbərləri
 
Efir problemləri gündəmdən düşmür
Nuşirəvan Məhərrəmli cadugərləri saat 23.00-dan sonra göstərməyi məsləhət görür

Rəsulzadənin adı BDU-ya qaytarılacaq?
Abel Məhərrəmov: "90 illik yubileylə bağlı bu məsələyə baxıla bilər"

Azərbaycan əsgəri döyüşə hazırdır...
... bəs Azərbaycan jurnalistikası?

Mətbuatımızla bağlı 90 il əvvəl qəbul edilmiş sənəd...
Müasir tələblərə tam cavab verir

Süd vəzi xərçəngində ölkəmiz öndə
Onun profilaktikası işi acınacaqlı şəkildədir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər