Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Süd vəzi xərçəngində ölkəmiz öndə
Süd vəzi xərçəngində ölkəmiz öndə
Onun profilaktikası işi acınacaqlı şəkildədir
Şənbə, 31.10.2009

A.Akif mətn ölçüsü  

Dünyada hər onuncu onkoloji xəstə qadın, hər min qadından isə biri süd vəzi xərçəngindən əziyyət çəkir. Amma Azərbaycanda bu rəqəmlər dünya statistikasını geridə qoyur. ATU Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımovun bildirdiyinə görə, ölkəmiz süd vəzi xərçənginin yayılmasına görə dünyada öndədir. Dünyada hər 10-cu onkoloji qadın süd vəzi xərçənginin daşıyıcısı olduğu halda, Azərbaycanda hər 7-ci onkoloji xəstə süd vəzi xərçəngidir.

ÜST-nin məlumatına görə, süd vəzi xərçəngi dünyada qadın ölümünün əsas səbəblərindən biridir. Statistika süd vəzi xərçənginin hər 20 ildə iki dəfə artdığını göstərir. Bu isə əsasən inkişaf etməkdə olan ölkələrin qadınları hesabına baş verir. Şərqi Avropa ölkələrində süd vəzi xərçənginin daşıyıcılarının sayı Qərbi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bunun səbəbi Qərbi Avropa ölkələrində sağlam həyat tərzinin təbliği, bu xəstəliyin erkən müəyyən olunaraq vaxtında müalicə edilməsidir. Belə ki, mobil mammoqrafiya ilə yanaşı, 40 yaşdan yuxarı hər qadına ildə bir dəfə müayinədən keçmək tövsiyə olunur.

Ötən əsrin 50-ci illərinə qədər 5 milyon qadının süd vəzi xərçənginə tutulma ehtimalı vardı. Uşaq doğumu, uşağın ana südü ilə əmizdirilmədiyi, qadınların ictimai həyata, təhsilə sərf etdiyi vaxt artdığından ölkədə süd vəzi xərçəngi yüksəlməkdə davam edəcək. Artım göstəricisinə təsir göstərən amillərdən biri də xəstəliyin erkən mərhələdə aşkarlanmadığıdır.

N.Qasımov deyir ki, ABŞ-da süd vəzi xərçənginin I, II mərhələdə aşkar olunması 80 faizdən yuxarıdır. Bizdə isə bu xəstəlik I mərhələdə 15 faiz, II mərhələdə 45 faiz aşkar olunur. Səbəb qadınların süd vəzi xərçənginə görə vaxtı-vaxtında müayinədən keçmədiyidir: "Biz bu xəstəliyi IV-V mərhələdə müəyyən edirik ki, artıq xəstənin ömrünü uzatmaq çətin olur".

Erkən halda nə nədər çox xəstə aşkar olunarsa, ölüm faizini də bir o qədər də aşağı salmaq mümkün olur. Xəstənin ömrünün artması birbaşa bu xəstəliyin vaxtında aşkar olunmasından asılıdır. Təəssüf ki, bizdə bu məsələ acınacaqlı haldadır.

Bütün dünyada süd vəzi xərçənginin və uşaqlıq yolu xərçənginin erkən müayinəsini təşkili üçün dövlətəhəmiyyətli proqramlar hazırlanır.

REKLAM

Əksər ölkələrdə səyyar avtomobillərdə quraşdırılmış mammoqraflar var. Həmin mammoqraflar vasitəsilə kəndbəkənd dolaşaraq 40 yaşı keçmiş qadınların süd vəzini ödənişsiz mammoqrafiya edirlər. Xəstəliyin erkən əlamətləri aşkarlanan qadınlar siyahıya alınır və müalicəyə cəlb edilir.

Öyrəndik ki, bizdə də müasir səyyar diaqnostik mərkəz qurulub. Həmin mərkəz bütün laborator müayinələri, rentgen, ultrasəs və mammoqrafik müayinəni və qadınların reproduktiv funksiyasını müəyyən etmək üçün aparatlarla təchiz olunub. Ucqar yerlərdə yaşayan və gəliri az olan əhali təbəqəsini bu müayinələrə cəlb etmək üçün onkoloji mərkəzin əməkdaşları mütəmadi olaraq bölgələrə gedir, təmənnasız olaraq qadınların süd vəzisinin müayinəsi ilə məşğul olur. Ehtiyac yarandığı halda onlar mərkəzə dəvət edilir və eyni qaydada ödənişsiz olaraq müayinə və müalicə olunur. Hər gedişdə bölgələrdə 20-30 min qadın bu aksiyaya cəlb olunur. Xəstəlik aşkarlandıqda qadınlar mərkəzə dəvət olunur.

Süd vəzi mastit və mastopatiya olmuş qadınların mammoqrafik müayinədən keçməsi daha vacibdir. Bu qadınlar arasında süd vəzi xərçənginə tutulma riski daha böyükdür.

Milli Onkologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Rasim Cəfərovun fikrincə, səyyar yoxlamalar dövlət büdcəsinə xeyir gətirir: "Vaxtında aparılan müayinələr əlilliyin faizini azaldır ki, bu da dövlət üçün əhəmiyyətli göstəricidir. Apardığımız müayinələr sübut edir ki, belə səyyar gedişlər, xəstələrlə aktiv əlaqə əhalinin maarifləndirilməsində mühüm rol oynayır".

Bu xəstəliyin sağalmaz olması ilə bağlı əhalidə əsassız fikirlər yaranıb. Belə bir qorxu var ki, guya bu xəstəliyə tutulanlar ölümə düçardır. Lakin xəstəlik vaxtında aşkarlanarsa, onun tam müalicəsi mümkündür.

2000-ci ildə dünya əhalisinin sayı 6,3 milyard olub, 2010-cu ildə isə 9 milyarda çatacağı proqnozlaşdırılır. Buna müvafiq olaraq xərçəng xəstəliyi ilə xəstələnmə hallarının da yüksələcəyi gözlənilir. 2000-ci ildə onkoloji xəstələrin sayı 10 milyon olubsa, 2050-ci ildə bu rəqəmin 24 milyon təşkil edəcəyi gözlənilir. 2006-cı ildə onkoloji xəstəliklərdən ölüm 6,3 milyon olubsa, 2050-ci ildə bu rəqəm 16 milyona çatacaq. Yəni dünya əhalisi 50 faiz artdığı halda, onkoloji xəstəliklərin 240 faiz artacağı gözlənir. Onkoloji xəstəliklərdən ölüm isə az qala 2,7 dəfə artacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Efir problemləri gündəmdən düşmür
Nuşirəvan Məhərrəmli cadugərləri saat 23.00-dan sonra göstərməyi məsləhət görür

Rəsulzadənin adı BDU-ya qaytarılacaq?
Abel Məhərrəmov: "90 illik yubileylə bağlı bu məsələyə baxıla bilər"

Azərbaycan əsgəri döyüşə hazırdır...
... bəs Azərbaycan jurnalistikası?

Mətbuatımızla bağlı 90 il əvvəl qəbul edilmiş sənəd...
Müasir tələblərə tam cavab verir

Yardım alanlar "yoxsulluq tələsi"nə düşüblər
Onlar təklif edilən işlərdən imtina edir, ancaq və ancaq yardım umurlar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər