Hal-hazırda Ayna qəzetinin 31.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 31.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Rəsulzadənin adı BDU-ya qaytarılacaq?
Rəsulzadənin adı BDU-ya qaytarılacaq?
Abel Məhərrəmov: "90 illik yubileylə bağlı bu məsələyə baxıla bilər"
Şənbə, 31.10.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Dünən Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb. APA-nın məlumatına görə, konfransda çıxış edən BDU rektoru Abel Məhərrəmov bildirib ki, Gürcüstandan, Almaniyadan, Rusiyadan, Tacikistandan da qonaqların iştirak etdiyi konfransda 800-dən artıq məruzə dinləniləcək: "BDU Şərqin ilk dünyəvi ali məktəbidir, Azərbaycanın ilk ali təhsil ocağıdır. Azərbaycan dövlətçiliyinin inkişafında BDU-nun tarixi xidmətləri var. Bu baxımdan da universitetin yubileyi ümumxalq bayramıdır".

A.Məhərrəmov deyib ki, yubiley çərçivəsində universitetin müəllimlərinə 300-dən artıq mənzil veriləcək. Rektorun sözlərinə görə, universitetin yubileyi ilə bağlı noyabrın 2-də dövlət səviyyəsində zirvə toplantısı da keçiriləcək: "Zirvə toplantısına dünyanın bir sıra ali məktəblərindən qonaqlar gələcək. Dünyanın 20-dən artıq ali məktəblərinin rektorları toplantıda iştirak edəcək. Onların arasında Moskva Dövlət Universitetinin rektoru, Türkiyənin ən aparıcı ali məktəblərinin rektorları da olacaq. Bütövlükdə toplantıya 70-dən artıq heyət qatılacaq".

A.Məhərrəmov bildirib ki, yubileylə bağlı universitetə M.Ə.Rəsulzadənin adının qaytarılması məsələsinə baxıla bilər: "Bu məsələ təbii ki, gündəmdədir. BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Bu yadigar ağrı-acılı günlər keçirib və şanlı tarix yazıb. Ona görə də onu yaradanların - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi nurlu insanların xatirəsini həmişə yüksək tuturuq".

A.Məhərrəmov jurnalistlərə açıqlamasında BDU-nun yataqxanalarında yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı müzakirələrin getdiyini bildirib. "Hazırda Bakı Dövlət Universitetinin yataqxanasında 7000-ə yaxın məcburi köçkün qalır. Demək olar ki, universitetin tələbələri bu yataqxanalarda yaşamırlar. Yataqxanasız universiteti necə təsəvvür etmək olar?", - deyə o qeyd edib.

Onun sözlərinə görə, yataqxana həyatı görməyən tələbə universitetin nə olduğunu çox çətin anlaya bilər: "Mən hesab edirəm ki, növbəti addımlardan biri məcburi köçkünlərə çox yaxşı şərait yaratmaqla onları universitetin yataqxanasından köçürməkdən ibarətdir. Təbii ki, söhbət Bakı şəhəri ərazisinə köçürülməkdən gedir. Bu barədə müzakirələr aparılır. Gündəmdə olan məsələdir. Təəssüflər olsun ki, bəzən mənim bu çıxışımdan nəticə çıxararaq belə düşünürlər ki, universitetin yataqxanalarındakı qaçqınları günü sabah oradan çıxaracaqlar. Bu, belə deyil. Əksinə, onların mənzil problemini daha yaxşı həll etmək üçün belə addımlar atılacaq. Əgər bu problem həll olunarsa, universitet tələbələri üçün gözəl bir şərait yaranmış olar".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Namiq Abdullayevi yola salmaq lazımdır

Ümidləri doğruldan yoxdur

Boks yığmasına Kubadan mütəxəssis gətiriləcək

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb

YAP yarım milyona çatdı

Bölmənin digər xəbərləri
 
Efir problemləri gündəmdən düşmür
Nuşirəvan Məhərrəmli cadugərləri saat 23.00-dan sonra göstərməyi məsləhət görür

Azərbaycan əsgəri döyüşə hazırdır...
... bəs Azərbaycan jurnalistikası?

Mətbuatımızla bağlı 90 il əvvəl qəbul edilmiş sənəd...
Müasir tələblərə tam cavab verir

Süd vəzi xərçəngində ölkəmiz öndə
Onun profilaktikası işi acınacaqlı şəkildədir

Yardım alanlar "yoxsulluq tələsi"nə düşüblər
Onlar təklif edilən işlərdən imtina edir, ancaq və ancaq yardım umurlar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər