Oktyabrın 25-də saat 5.00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə, qış vaxtına keçiləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Nazirlər Kabinetinin "Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
|