Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Polisə müqavimət göstərən zərərsizləşdirildi
Polisə müqavimət göstərən zərərsizləşdirildi
Polis xüsusi əməliyyat keçirdi
Şənbə, 24.10.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Oktyabrın 23-də gecə saatlarında hüquq-mühafizə orqanlarının Ağdaşda keçirdiyi xüsusi əməliyyat nəticəsində oktyabrın 18-də polisə silahlı müqavimət göstərmiş Ruzman Hüseynov öldürülüb.

Əməliyyat-axtarış tədbirləri zamanı Hüseynovun Kotavan kəndindəki evinin yaxınlığında gizləndiyi müəyyən edilib. O, yenidən polisə müqavimət göstərməyə cəhd edib, lakin öldürülüb.

Hüquq-mühafizə orqanlarından "Turan"a bəlli olub ki, xüsusi əməliyyat zamanı daxili qoşunların vertolyotlarından istifadə olunub.

Hüseynov oğurluq ittihamı ilə axtarışda idi. Oktyabrın 18-də polis Hüseynovu Kotavan kəndindəki evində saxlamaq istəyib. Lakin Hüseynov polis əməkdaşlarına silahlı müqavimət göstərib və gizlənib. Bu zaman Hüseynov kəndin keçmiş icra nümayəndəsi, 38 yaşlı Baxşəli Seyfənovun evinə gələrək, ona avtomatdan atəş açıb. Seyfənov aldığı yaradan hadisə yerində keçinib. Hüseynov həmçinin kənd sakini, 1972-ci il doğumlu Əhmədov Famil Qurban oğluna avtomatdan atəş açaraq, onu yaralayıb.

Son günlər Hüseynovun axtarışı və tutulması məqsədilə Ağdaşda və ətraf rayonlarda polis gücləndirilmiş iş rejiminə keçirilmişdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Polis zabitini öldürmək istəyənə hökm oxundu

Elnur Məmmədli polisdə!

Dünyada silah satışı artıb

Azərbaycanın "Xəzri"si düşmənləri əsdirəcək

Ermənistan dünyanı aldadır

Bölmənin digər xəbərləri
 
Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?
Debat iştirakçıları bu suala cavab axtaracaqlar

Dünya ədəbiyyatından 6 kitabın təqdimatı
Bakı Kitab Klubunun təşəbbüsü ilə Slavyan Universitetində "Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından növbəti 6 kitabın təqdimat mərasimi keçirilib.

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək
Daha üç qəzet "reket nəşr"lər sırasında

Oktyabrın 25-də qış vaxtı başlayır
Oktyabrın 25-də saat 5.00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə, qış vaxtına keçiləcək.

Sumqayıtda kütləvi zəhərlənmə
47 şagird xəstəxanaya müraciət edib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər