Bakı Kitab Klubunun təşəbbüsü ilə Slavyan Universitetində "Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından növbəti 6 kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Slavyan Universitetinin ümumi işlər üzrə prorektoru Asif Hacıyev çıxış edərək son illər bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Təqdimat mərasimində "Dünya Ədəbiyyatı Kitabxanası" seriyası, ona daxil olan əsərlər, müəlliflər, bu seriyaya abunə qaydaları haqqında məlumat verilib, çapdan çıxacaq növbəti kitabların maketləri nümayiş etdirilib. Mərasimdə bir çox tanınmış şair və yazıçılar, ziyalılar iştirak ediblər. Təqdim olunan kitabların sırasında Şekspir və Çexov kimi böyük ədəbi isimlərin əsərləri yer alır.
|