Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Yeganə Avropaya səs salacaq
Yeganə Avropaya səs salacaq
Onun yeni planlarının təqdimatı uzaq ölkələr üçün nəzərdə tutulub
Şənbə, 24.10.2009

Zəminə mətn ölçüsü  

Yerini Türkiyə şou-biznesində bərkidən Yeganə yeni yaradıcılıq işinə yekun vurub. Hazır məhsulu yerli mətbuatla bölüşmək niyyətində olan müğənni bu məqsədlə Bakıya səfər edəcək. Qısamüddətli səfər zamanı klipinin tanıtımını etməklə yanaşı televiziya kanallarının da qonağı olacaq. Yeganənin mətbuat əlaqələndiricisinin bildirdiyinə görə, hazırlıq işləri davam edən albomu da yaxın vaxtlarda dinləyici auditoriyasına təqdim ediləcək. Açıqlamada sənətçi bunları qeyd edir:

"Albomda bütün mahnılar yeni olacaq. Eyni zamanda yeni fotossesiya və daha bir yeni kliplə gündəmi təzələyəcəm. Çəkiləcək növbəti klip sözləri və musiqisi Ozan Kavazoğullarına məxsus olan "Askolik" mahnısınadır. Klipin budəfəki rejissoru olan Murad bəy də ünlü isimlər arasından seçilib".

Mətbuat katibinin açıqlamasından belə aydın oldu ki, bu, Yeganənin Türkiyədə çəkilən sayca 8-ci klipi olacaq. Dekabrda təqdim edilən alboma haqqında danışdığımız klip daxil ediləcək.

Qeyd olunur ki, Yeganənin hələ işıq üzü görməyən albomunun səsi-sorağı Avropadan gəlir. Aldığı təklifləri dəyərləndirən müğənni toplunun ilk təqdimatından sonra Avropaya silsilə səfərlər edəcək. Onun ilk konserti Almaniyada olacaq. Növbəti şəhərlərin adları isə yaxın həftələrin birində bilinəcək. Səfərlərdən biri isə Bakıyadır. Təqdimatlardan birini Bakıda keçirmək planlaşdırılır. Səfər müddətində Yeganə tamaşaçıları ilə görüşməyi düşünür. Bunu konsert səviyyəsinə gətirən sənətçi xanım təfərrüatı haqqında tezliklə məlumat veriləcəyini bildirib.

Yeganənin sözügedən albomu Almaniyada hazırlanır. Keyfiyyətə üstünlük verən sənətçi hər detala diqqət yetirdiyini söyləyib. Onun çəkiləcək klipinin yayımı, eyni zamanda işıq üzü görəcək albomunun satışı Almaniya üçün də nəzərdə tutulur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

Yeganə iki ölkədə toy çaldıracaq

Qəbələdə musiqi festivalı keçiriləcək

Yeganə - plagiat?

İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək

Bölmənin digər xəbərləri
 
Türkiyəni "Eurovision-2010"da Əmrə Aydın təmsil edəcək
TRT1 seçimini açıqlayıb

Fidan Hacıyevanın iki saytı hazırlanır
Opera ifaçısı sənətsevərlərə bir az da yaxın olmaq istəyir

İbrahim Tatlısəs otelini 12 milyona satışa çıxarıb
O, yeni bir 4 ulduzlu otelin inşasına hazırlaşır

İlhamə Quliyeva əməliyyat olunacaq
Bu dəfə plastik cərraha üz tutur

İrakli Bakıda konsert verəcək
Rusiyanın "Fabrika zvyozd" musiqi yarışmasının uğurlu iştirakçılarından olan gənc müğənni İrakli Pirtsxalava Bakıya gəlir.

Azərbaycanlı rəqqasə - festival qalibi
Oksana Rəsulova Hindistandan təklif alıb

Özcan Dənizin Bakıda konserti gözlənir
Bu ərəfədə isə sevdiyi qızdan ayrılıb

Fransada aşıq havası səslənir
Həmyerlimiz "Qazax" adlı qrup yaradıb

Ruhinin yeni biznesində şou olmayacaq
Müğənni şoular mühiti ilə vidalaşır

Sevda Ələkbərzadə İsveçrədə master-klass keçəcək
Səfər zamanı onun konsert proqramı da təşkil ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər