Əməkdar artist Sevda Ələkbərzadəyə İsveçrədən təklif gəlib. Müğənni orada master-klasslar keçəcək. Yaradıcılıq təklifi barədə təfərrüatı ilə danışan müğənni bildirdi ki, təklif ona Bazel Konservatoriyasından gəlib. Növbəti aya nəzərdə tutulan səfər zamanı konservatoriya tələbələrinə bir həftə musiqi dərsləri keçəcək.
Söhbətdən bəlli oldu ki, müğənninin tədris edəcəyi dərslər etnik caz musiqisini təşkil edəcək. Təlimlər başa çatandan sonra onun İsveçrədə bir günlük konsert proqramı təşkil ediləcək. Bu, Sevda Ələkbərzadənin dünya turnesi çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, Sevda Ələkbərzadə Azərbaycan Milli Konservatoriyasının məzunudur. Xalq artisti Ağaxan Abdullayevdən muğam dərsləri alıb.
|