Özcan Dənizin Bakıda konserti gözlənir
 |
Bu ərəfədə isə sevdiyi qızdan ayrılıb
Şənbə, 24.10.2009
|
|
mətn ölçüsü |
|
|
|
Türkiyənin məşhur müğənnilərindən olan Özcan Dənizin qarşıdakı aylar üçün planlaşdırdığı konsert proqramlarından birinin Bakıda keçiriləcəyi gözlənir. Danışıqlar yekunlaşandan sonra onun çıxışı Heydər Əliyev Sarayında keçiriləcək. Bu barədə sarayın mətbuat xidmətindən məlumat verilib. Xəbərdə qeyd olunur ki, yaxın aylar üçün nəzərdə tutulan konsertin tarixi bu günlərdə açıqlanacaq.
Türkiyəli sənətçi Bakı konsertinin repertuarını bir qədər təzələyib. Yeni mahnılarını 15 nəfərlik musiqiçi heyətin müşayiəti ilə təqdim edəcək. Bu konsert 3 saata yaxın vaxtı əhatə edəcək. Özcan Dənizin səfər müddəti isə cəmi 2 günlükdür.
Bu arada türk mediası sənətçinin şəxsi həyatı ilə bağlı sıx yazılar dərc edir. Onun sevdiyi qızdan ayrıldığı deyilir. Xatırladaq ki, müğənni uzun müddətdir aktrisa, "Yaprak dökümü" serialının oyunçularından olan Fəxriyyə Evcenlə (Necla) birlikdə olduğu deyilirdi. Son günlər Özcanın hansısa teleaparıcı ilə mesajlaşdığını duyan Fəxriyyə evi tərk edərək Özcan Dənizin qardaşıgilə təşrif aparıb. Bir neçə gündən sonra isə oranı da tərk edib. Son yazılarda onların ayrılma qərarı verdikləri deyilir.
|
|
|
Oxşar xəbərlər:
Çimərliklərimizin çoxu çimməklik deyil
"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək
Azərbaycanla Türkiyə razılaşa bilmədi
Rahat çimin!
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
|
|
|