Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Azərbaycanlı rəqqasə - festival qalibi
Azərbaycanlı rəqqasə - festival qalibi
Oksana Rəsulova Hindistandan təklif alıb
Şənbə, 24.10.2009

Şəms mətn ölçüsü  

Bakı Xoreoqrafiya Məktəbinin məzunu olan rəqqasə Oksana Rəsulova Moskvada keçirilən iki beynəlxalq hind rəqsləri festivalında uğurla çıxış edib. Bunlardan biri Hindistan Mədəniyyət Festivalı "Divaly-2009" adlanır. Həmin festivalda həmyerlimizin ifası birinci yerə layiq görülüb. Beynəlxalq tədbirdə 10-dan çox ölkənin təmsil olunduğunu bildirən rəqqasə dedi ki, festival yalnız solo ifalardan təşkil edilmişdi.

Festivalda ikinci yerə Ukrayna, üçüncü yerə isə Rusiya layiq görülüb: "İndiyə kimi bir çox beynəlxalq festivallarda iştirak etmişəm, ancaq ilk dəfəydi ki, çox güclü rəqiblərim vardı. Festivalın yekununda mənə birinci yerin kubokunu və birinci dərəcəli diplom təqdim etdilər". Rəqqasə ikinci mükafatanı 15-18 oktyabr tarixlərində Moskvada keçirilən Hind Rəqslərinin 3-cü açıq Festival-Müsabiqəsində alıb:

"Ötən il bu müsabiqədə mən birinciliyi qazanmışdım. Bu dəfə isə müsabiqədə birinci və ikinci yer Rusiya rəqqaslarına, üçüncü yer isə Azərbaycana verildi. Azərbaycanın adını üçüncü çəkəndə zaldakı tamaşaçılar təəccüblərini gizlədə bilmədilər. Festivaldan sonra münsiflər heyətində təmsil olunan müasir və klassik hind rəqslərini tədris edən müəllim Aşvanini Neqam mənə yaxınlaşdı və rəqsimə heyran olduğunu bildirdi. Dedi ki, həm artistlik, həm rəqs, həm də hind elementlərinə görə mənə ən yüksək xalı verib".

Azərbaycanlı rəqqasənin sözlərinə görə, bu festival Hindistanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilirdi. Festivalın sonunda qala konsertdə iştirak edən Oksana Rəsulova bir sıra təkliflər aldığını bildirir:

"India TV" kanalından bir neçə təklif aldım. Güman ki, tezliklə, kanalın bir sıra verilişlərində çıxış etməklə yanaşı, konsertlərdə də iştirak edəcəm. Eləcə də Hindistanda keçiriləcək müsabiqələrdə mənim namizədliyim irəli sürüləcək".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıda V müəllif mahnıları festivalı keçiriləcək

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Əyyub Quliyev Çexiya festivalına yollanır

Qəbələdə musiqi festivalı keçiriləcək

"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək

Bölmənin digər xəbərləri
 
Türkiyəni "Eurovision-2010"da Əmrə Aydın təmsil edəcək
TRT1 seçimini açıqlayıb

Fidan Hacıyevanın iki saytı hazırlanır
Opera ifaçısı sənətsevərlərə bir az da yaxın olmaq istəyir

İbrahim Tatlısəs otelini 12 milyona satışa çıxarıb
O, yeni bir 4 ulduzlu otelin inşasına hazırlaşır

İlhamə Quliyeva əməliyyat olunacaq
Bu dəfə plastik cərraha üz tutur

İrakli Bakıda konsert verəcək
Rusiyanın "Fabrika zvyozd" musiqi yarışmasının uğurlu iştirakçılarından olan gənc müğənni İrakli Pirtsxalava Bakıya gəlir.

Özcan Dənizin Bakıda konserti gözlənir
Bu ərəfədə isə sevdiyi qızdan ayrılıb

Fransada aşıq havası səslənir
Həmyerlimiz "Qazax" adlı qrup yaradıb

Ruhinin yeni biznesində şou olmayacaq
Müğənni şoular mühiti ilə vidalaşır

Sevda Ələkbərzadə İsveçrədə master-klass keçəcək
Səfər zamanı onun konsert proqramı da təşkil ediləcək

Yeganə Avropaya səs salacaq
Onun yeni planlarının təqdimatı uzaq ölkələr üçün nəzərdə tutulub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər