Bir müddət əvvəl paytaxt klinikalarının birində ayağındakı kiçik problem səbəbindən əməliyyat keçirən xalq artisti İlhamə Quliyeva yenidən həkim nəzarətindədir. Müğənninin mətbuat katibinin məlumatına görə, bu, əvvəlki əməliyyatdan kəskin fərqlənəcək.
"Bu, kosmetik əməliyyatdır. Əvvəlki əməliyyatdan sonra İlhamə Quliyevanın ayağında izlər qalmışdı. Növbəti əməliyyat həmin izləri aradan götürmək məqsədilə həyata keçiriləcək". Öyrəndik ki, İlhamə xanım yaxın bir həftə ərzində təkrar "Neftçilər" xəstəxanasına yollanacaq. Mətbuat katibi konsert keçirməyi planlaşdıran İlhamə Quliyevanın əməliyyatdan sonra layihəsinə başlayacağını deyib: "Bu o qədər də böyük əməliyyat deyil. İlhamə xanım nəzərdə tutduğu yaradıcılıq planlarını yarıda qoymayacaq".