Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva yaxın müddətdə pərəstişkarlarını bir neçə möhtəşəm layihə ilə sevindirəcək. Hazırda vokalçının iki veb-saytı hazırlanır. Layihənin rəhbəri və piar meneceri Elnur İslamov bildirib ki, saytlardan biri tam olaraq sənətçinin yaradıcılıq fəaliyyətinə həsr olunub. www.FidanNaciyeva.com və www.klassika.az internet ünvanlarında Fidan Hacıyevanın tərcümeyi-halı, mükafat və nailiyyətləri, yeni layihələri, solo konsert və tamaşalarla bağlı elan və anonslar yer alıb.
E.İslamov qeyd edib ki, sənətçinin pərəstişkarları üçün klassik musiqi və mədəniyyət sahəsini təşkil edən forumların təşkili nəzərdə tutulur. Eyni zamanda, klassik musiqini sevənlər üçün xüsusi video qalereya bölməsi fəaliyyət göstərəcək ki, bu bölmədə Fidan xanımın ifasında müxtəlif operelardan fraqmentlər yerləşdiriləcək.
Qeyd edək ki, elektron ünvanların mətbuat işçiləri üçün təqdimatı nəzərdə tutulur.
|