Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Seyfəli faciəsi"nin məhkəmə araşdırması başladı
"Seyfəli faciəsi"nin məhkəmə araşdırması başladı
Valideynlər qatilə ən ağır cəza tələb edirlər
Şənbə, 24.10.2009

Hacı Zeynalov mətn ölçüsü  

Seyfəli poliqonunda dörd nəfəri öldürüb, bir nəfəri yaralayan kiçik çavuş Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə gedir.

... Ağcabədidən həqiqi hərbi xidmətə çağırılan, MN-in Gəncədə yerləşən "N" saylı hərbi hissəsində xidmət edən kiçik çavuş Orxan Səfərov bu il mayın 21-də taburun şəxsi heyəti ilə təlimlərdə iştirak üçün Seyfəli təlim mərkəzinə göndərilib. Mayın 23-də gecə saat 04.00-dan 06.00-dək müddətdə çadır düşərgəsində əsgər yoldaşları - Səbuhi Əliyev və Mustafa Sayfulovla birlikdə patrul xidmətində olub. Saat 09.00 radələrində bölüyün şəxsi heyəti ilə təlim yerinə gedərkən, kiçik çavuş Ramal Babayev əsgər Rəvan Soltanova "kiçik çavuş Mustafa Sayfulov deyir ki, mən kiçik çavuş Orxan Səfərovun başını "islatmışam". Orxan Səfərov təlim yerində olan zaman Mustafa Sayfulovdan belə bir söz deməsi barədə soruşub. Sonuncu "demişəm də, eləmişəm də" deyə cavab verib. Orxan Səfərov bundan sonra kənara getməyə icazə alaraq, təpənin arxasına keçib. Təlim üçün verilmiş 11 ədəd patronun iki ədədini daraqdan ayıraraq, tullayıb. O, yenidən əsgərlərin olduğu yerə qayıdıb və əlində olan AK-74 markalı avtomat silahı tək-tək atma dabanında atəş vəziyyətinə gətirərək, əsgərlər toplaşan istiqamətdə Mustafa Sayfulov tərəfə yönəldib, patronlar qurtarana qədər atəşi dayandırmayıb.

Nəticədə çavuşlar - Mustafa Sayfulov, Taleh Hidayətov, Şəhriyar Həsənov, əsgər Ravil Ataşov güllə yarası alıblar. Ravil Ataşov və Taleh Hidayətov hadisə yerində, Şəhriyar Həsənov isə hospitala aparılarkən yolda ölüb. Pünhan Həsənov və Mustafa Sayfulov isə hospitalın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Tibbi yardım göstərilsə də, Mustafa Sayfulovun həyatını xilas etmək mümkün olmayıb və çavuş xəstəxanada ölüb. Orxan Səfərov 4 hərbi qulluqçunu qətlə yetirsə də, Pünhan Həsənovu öldürməyə macal tapmayıb.

Patron qurtarmasaydı...

Bundan başqa, Orxan Səfərov bu cinayətin qarşısını almağa cəhd edən bölük komandiri, baş leytenant Samir Mirzəyevin ona tərəf qaçdığını görüb, silahı atəş vəziyyətində ona tərəf yönəldib və bir dəfə atəş açıb. Lakin sonuncu yerə uzanmağa macal tapdığından güllə ona dəyməyib.

Daha sonra Orxan Səfərov silahı ilə birlikdə hadisə yerini tərk edib.

REKLAM

Təxminən 35 metr aralıda Orxan Səfərov əsgər Fərid İmanovla qarşılaşıb. Bu dəfə silahı əsgərə tərəf yönəldib. Tətiyi çəksə də, patron qurtardığı üçün atəş açılmayıb. Fərid İmanov qaçılmaz ölümdən xilas olub.

"Sayfulovun təpik zərbəsinə yuxudan oyandım"

Orxan Səfərov elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. İfadəsində göstərib ki, uşaqlıqdan heç bir psixi, keçici xəstəliyə tutulmayıb. Çavuş hadisəni belə izah edib: "Mayın 23-də Mustafa Sayfulov və Səbuhi Əliyevlə patrul xidmətinə çıxdım. Təxminən 30 dəqiqə sonra yatacaq kisəsinin üstünə uzanaraq, yatdım. Bir az sonra Sayfulov tərəfindən oyadıldım və o, mənə yatmamağı tapşırdı. Sayfulova "3 nəfərik, gəlin 15-15 dəqiqə yatıb, dincələyin" təklifini etdim. Lakin Sayfulov mənimlə razılaşmadı. Buna görə də yataq kisəsini götürərək, çadırın arxa tərəfinə atdım və orada yatdım. Təxminən bir saat sonra Sayfulovun təpik zərbəsinə yuxudan oyandım. Sayfulov "başını sidiklə islatmışam" deyərək, çadırın qarşı tərəfinə getdi. Səbuhi Əliyevdən Sayfulovun dediklərinin düz olub-olmamasını soruşdum. Səbuhi Əliyev görmədiyini, lakin Sayfulovun deməsinə görə, başıma sidik ifraz etdiyini bildirdi".

Qatil törətdiyi əməli xatırlamır...

Təqsirləndirilən şəxs ifadəsində daha sonra qeyd edib ki, təxminən saat 07.00 radələrində səhər yeməyi yeyiblər. Onun ifadəsinə görə, daha sonra təlim yerinə yollanıblar: "Yolda əsgər Ramal Babayevin əsgər Soltanova axşam patrul xidmətində olarkən Sayfulovun hərəkətləri barədə danışdıqlarını eşitdim. Babayevdən bunu kimin danışdığını soruşdum. O da Sayfulovun danışdığını bildirdi. Mən isə belə bir hadisənin olmadığını bildirdim və qeyd etdim ki, inanmırsınızsa, Səbuhi Əliyevdən soruşun. Həmin vaxt Sayfulov maşında yox idi. Saat 09.00 radələrində təlim mərkəzinə çatdıq. Maşından düşərək, sıraya düzüldük və bölük komandirinin əmri ilə təyin olunmuş yerə getdik. Az sonra Mustafa Sayfulov və başqa əsgərlər də gəldi. Mən Mustafa Sayfulovdan axşam belə bir iş görüb-görmədiyini soruşduqda, cavab vermədi".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bölük komandiri şəxsi heyəti bir yerə toplayaraq, onların hər birinə 11 ədəd parton verib. Onun sözlərinə görə, patronlar paylanandan sonra söhbəti çürütməyə başlayıb: "Sayfulova üzümü tutaraq, yalan deyənin var-yoxuna söydüm və belə hadisənin olub-olmadığını soruşdum.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Dost qatili
Salman Sadıqov 9 il iş aldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər