Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İşıq pulunu ödəmək vaxtı uzadıldı
İşıq pulunu ödəmək vaxtı uzadıldı
Hesab istehlakçıya təqdim olunandan bir ay sonra...
Şənbə, 24.10.2009

mətn ölçüsü  

Gündəlik həyatımızla birbaşa bağlı olan bu 3 qanuna əlavə və dəyişikliklər qüvvəyə mindikdən sonra vətəndaşın işıq, qaz və su ilə təminatının tənzimində yeniliklər olacaq. "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara edilmiş yenilikləri bilmək pis olmazdı.

Məsələn, "Elektroenergetika haqqında" qanuna əlavə edilən hissələrdə enerji təchizatçı müəssisənin istehlakçıya elektrik enerjisinin verilməsini hansı hallarda dayandıra biləcəyi konkret olaraq əksini tapır. Edilən əlavədə qeyd olunur ki, təchizatçı müəssisə vətəndaşa elektrik enerjisinin verilməsini onun yazılı müraciəti olduqda, işlədilmiş enerjinin sayğacla müəyyənləşən hesabı istehlakçıya təqdim ediləndən bir ay müddətində tam ödənilmədikdə kəsilə bilər. Yəni enerji paylayıcı şəbəkələr enerjinin verilişini istədikləri vaxt kəsə bilməzlər. Onlara bu hüquq yalnız vətəndaş ona təqdim edilən hesabı bir ay müddətində ödəmədikdə verilir. Bu müddətdən əvvəl işığın kəsilməsi vətəndaşın hüququnun pozulması demək olacaq. Belə hallar olarsa, vətəndaş öz hüquqlarını məhkəmədə müdafiə etmək imkanı qazanır. Xatırladaq ki, əvvəllər ödəmə vaxtı 10 gün idi.

Qanuna edilən əlavəyə əsasən, enerji təchizatçısı təmir-profilaktik qəza işləri gördükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısını aldıqda, istehlakçı müvafiq müqavilə bağlamadıqda da işığı kəsə bilər. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməlidir. Məlum olduğu kimi, son vaxtlar respublikanın rayonlarında 1-2 borclu abonentə görə bütün kəndlərin, yaşayış evlərinin işıqlarının kəsilməsi halları müşahidə olunurdu. Bu, böyük haqsızlıq olsa da, qanun belə halları qadağan etmirdi. İndi "Elektroenergetika haqqında" qanuna edilən əlavə enerji təchizatı müəssisələrinin bu cür davranışını qanunsuz elan edir. Yəni elektrik təchizatçısı yalnız borcu olan abonentin işığını kəsə bilər.

İstənilən halda elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya işığın verilməsinin dayandırılması borcunu vaxtında ödəyən istehlakçının hüququnun pozulması ilə nəticələnməməlidir.

Qanuna edilən başqa bir əlavəyə görə, təchizatçı müəssisə istehlakçıya verdiyi enerjinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay vətəndaşa bu barədə hesab təqdim edilməlidir. Vətəndaş elektrik enerjisinin hesabını tam ödədikdən sonra təchizatçı müəssisə tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış enerjinin dəyərini ödəmək məcburiyyətində deyil. Təchizatçı müəssisə bunu istehlakçıdan tələb edə bilməz.

Qanuna edilən digər bir əlavə: bəlli olduğu kimi, indiyədək yeni tikililərdə işıq üçün sayğaclar vətəndaşların öz hesablarına quraşdırılırdı. "Elektroenergetika haqqında" qanuna edilən əlavəyə əsasən, bundan sonra istehlakçılar üçün sayğacların təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi təchizatçı müəssisə tərəfindən həyata keçiriləcək.

Qanun sayğacların qoyulmasında vətəndaşların üzərinə də məsuliyyət qoyur. Əgər vətəndaş təchizatçı müəssisənin evində sayğac quraşdırmasına mane olursa, buna görə məsuliyyət daşıyır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

Arılar qoruqda yerləşdirilə bilər

Müflisləşmə haqda qanun istifadəsiz qalıb

Uşağı, qadını, zəifi döymək...

Bölmənin digər xəbərləri
 
AB benzinin keyfiyyətini yaxşılaşdırmağı tələb edir
Havanın çirklənməsində önəmli amillərdən biri də benzinin keyfiyyətidir.

Gələn il büdcə gəlirləri və xərcləri azalacaq
Layihədə neftin qiyməti 40 dollardan götürülür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər