Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Gələn il büdcə gəlirləri və xərcləri azalacaq
Gələn il büdcə gəlirləri və xərcləri azalacaq
Layihədə neftin qiyməti 40 dollardan götürülür
Şənbə, 24.10.2009

A.Əhmədova mətn ölçüsü  

Dünya bazarında neftin ucuzlaşması dövlət büdcəsinin icrasına mənfi təsir edir. Ölkədə çalışan xarici neft şirkətləri büdcəyə nəzərdə tutulan məbləğin yarısını da ödəyə bilməyiblər. Vergilər nazirinin müavini Sahir Məmmədxanovun sözlərinə görə, bu ilin ilk 9 ayında xarici şirkətlər vergi öhdəliklərini cəmi 40 faiz yerinə yetiriblər. Bu vəziyyət dünya bazarındakı böhranla izah edilir.

Beləliklə, neft gəlirlərinin azalması büdcəyə ödənilən vergilərin ümumi məbləğinə təsir edir. Odur ki, Vergilər Nazirliyinin büdcə qarşısındakı öhdəliyi 84 faiz icra olunub. Vergi orqanları vəziyyətdən çıxış yolu olaraq, neft sahəsində azalan gəlirləri qeyri-neft sektorunun hesabına kompensasiya etməyə çalışır. Belə ki, büdcəyə nəzərdə tutulandan 108 milyon manat artıq vəsait yığılıb. 97 min vergi ödəyicisində aparılan kameral yoxlamalar zamanı büdcəyə əlavə 1 milyard 297 milyon manat toplanıb.

Nazir müavini hesab edir ki, vergi yığımının yaxşılaşmasının əsas səbəbi müasir texnologiyaların tətbiqidir. İndi bütün vergi ödəyicilərinin maliyyə əməliyyatlarına nəzarət mümkündür. Yaxın vaxtlarda kassa və pos-terminalların tətbiqində də yeniliklər gözlənilir. Məsələn, Vergilər Nazirliyi mobil pos-terminalların quraşdırılmasına başlamaq niyyətindədir. Alış-verişi kart vasitəsilə aparmağa imkan verən bu aparatları istənilən ərazidə quraşdırmaq mümkün olacaq. Ən əsası, ticarət və xidmətlə məşğul olan adi fiziki şəxslərə də pulu bu pos-terminallar vasitəsilə kartla ödəmək mümkün olacaq.

Gələn il eyni problemlərlə üzləşməmək üçün ekspertlər büdcədə neftin qiymətinin 40 dollardan hesablanmasını müsbət addım sayırlar. Ekspertlər hesab edirlər ki, neftin qiymətinin bu həddə nəzərdə tutulması bizi bütün gözlənilməz hallardan sığortalayır. Ötən ilin dövlət büdcəsi ilə müqayisədə neftin qiymətinin 70 dollardan 40 dollara enməsi büdcə tərtibatında pessimist yanaşma metoduna əsaslanır ki, bu da müsbət qiymətləndirilir.

REKLAM

Yəni büdcəni pessimist yanaşma metodu ilə elə tərtib edirlər ki, gözlənilən zərərdən ən az ziyanla çıxmaq mümkün olsun.

Əgər bu göstərici 40 dollardan yuxarı olacaqsa, dövlət büdcəsinə əlavə vəsaitlər gələcək ki, bu da iqtisadiyyatın daha da inkişaf etməsinə xidmət edəcək. Həmin vəsait büdcədə gəlir kimi nəzərdə tutulmasa belə, Dövlət Neft Fonduna yönəldiləcək ki, bu vəsaitin xərclənməsində problem yarana bilməz. Çünki büdcədə əlavə vəsaitlərin xərclənməsi nəzərdə tutulmasa da, bu pullar prezidentin xüsusi sərəncamları ilə müəyyən proqramlar və layihələr üzrə xərclənə bilər.

Ekspertlərin fikrincə, dünya fond birjasında neftin hazırkı qiymətinin 78 dollar göstərilməsi gerçəkliyi əks etdirmir. Bu baxımdan Azərbaycan hökuməti neftin qiymətini 40 dollar götürməklə düzgün addım atıb. Belə ki, əslində neftin qiymətinin real səviyyəsi 40-60 dollar arasındarır.

Millət vəkili Əli Məsimli isə hesab edir ki, neftin qiymətinin 35-40 ABŞ dollarına düşəcəyindən ehtiyatlanmaq lazım deyil. Onun fikrincə, büdcədə neftin qiyməti yüksək də götürülə bilər.

Hökumət gələnilki büdcənin layihəsini açıqlayıb. 2010-cu ildə həm gəlirlərdə, həm də xərclərdə azalma baş verəcək. 2010-cu ildə təhsil, səhiyyə, tikinti xərclərinin azalması, sosial xərclərin artımı gözlənilir. Hərçənd bəzi xərc maddələrində artım da baş verəcək. Beləliklə, gələn il büdcə gəlirləri təqribən 10 milyard manat planlaşdırılır ki, bu, 2009-cu ilə nisbətən 2 milyard manat və ya təqribən 18 faiz azdır. Büdcənin xərcləri də azalıb. 2010-cu ildə büdcə xərcləri 11 milyard 264 milyon manat olmalıdır. Xərclərdə azalma 9 faizdir.

Gəlirlərin azalması özünü bütün əsas gəlir maddələrində göstərir. Beləliklə, 2010-cu ildə fiziki şəxslərin gəlir vergisində 24,4 faizlik azalma proqnozlaşdırılır. 2009-cu ildə 900 milyon manat olan bu maddə gələn il 680 milyon nəzərdə tutulub. Ən böyük azalma mənfəət vergisində baş verib. Gələn il hüquqi şəxslərdən 1 milyard 100 milyon manat mənfəət vergisi gözlənilir ki, bu da bu ilə nisbətən 2 dəfə azdır. Gələn il əlavə dəyər vergisinin builkinə nisbətən 18, gömrük rüsumlarının isə təqribən 30 faiz az yığılacağı gözlənir.

Əvəzində aksiz vergilərində artım olacaq. Hələlik bunun hansı malların hesabına baş verəcəyi bilinmir. Amma layihədən belə məlum olur ki, aksizlərin artımı ölkə daxilində istehsal olunan mallara aid olacaq. Dövlət Neft Fondundan büdcəyə ayrılan məbləğlər isə dəyişməyib. Bu il olduğu kimi, gələn il də fonddan büdcəyə 4 milyard 915 milyon manat pul ayrılacaq.

Büdcə xərclərində vəziyyət fərqlidir. Xərclər ümumilikdə azalsa da, bəzi maddələrdə artım da var. Beləliklə, gələn il kənd təsərrüfatı, təhsil və səhiyyəyə ayrılan xərclər 6-7 faiz arasında azalıb. Ən çox azalma tikinti xərclərindədir. Dövlətdən tikinti sifarişləri gözləyən sahibkarların nəzərinə - gələn il tikinti xərcləri 3 milyard yarım nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il hökumət tikintiyə builkindən 1,2 milyard manat və ya 25 faiz az pul xərcləmək niyyətindədir.

Əvəzində bəzi xərclərdə artım var. Gələn il sosial xərclərin 5 faizdən çox artımı gözlənilir. Ümumi dövlət xərcləri 6,6, məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılan pullar 4 faiz artıb. Müdafiə xərclərində də cüzi də olsa artım var. Gələn il dövlət büdcəsinin kəsiri 1 milyard 250 milyon manat nəzərdə tutulub. Layihəyə görə, bu kəsir özəlləşdirmə, daxili və xarici borclar, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsi, dövlət orqanlarının ödənişli xidmətləri və əvvəlki ildən büdcədə qalan vəsait hesabına maliyyələşdiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cansun "flaqman"ı tərk etdi

Foqts daha 3 futbolçunu çağırdı

"Neftçi" özünə qapıçı tapdı

Büdcəyə vergi daxilolmaları arta bilər

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
AB benzinin keyfiyyətini yaxşılaşdırmağı tələb edir
Havanın çirklənməsində önəmli amillərdən biri də benzinin keyfiyyətidir.

İşıq pulunu ödəmək vaxtı uzadıldı
Hesab istehlakçıya təqdim olunandan bir ay sonra...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər