Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Kişilər qələbə, qadınlar heç-heçə
Kişilər qələbə, qadınlar heç-heçə
Şənbə, 24.10.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Oktyabrın 22-də Serbiyanın Novi Sad şəhərində kişi və qadın şahmatçılardan ibarət milli komandalar arasında 17-ci Avropa çempionatı başlanıb. Azərbaycan həm kişilərin, həm də qadınların yarışında təmsil olunur. Kişilərin mübarizəsinə 38 kollektiv qoşulub.

Reytinqinə görə, çempionatın ikincisi sayılan kişi şahmatçılardan ibarət yığmamızın püşkatmada bəxti gətirib. Onlar birinci turda avstriyalı həmkarlarını sınağa çəkiblər.

Qadınların yarışında isə 28 komanda çıxış edir. Açılış turunda xanım şahmatçılarımız Fransa yığması ilə qüvvəsini sınayıb. Reytinqə əsasən, 20-ci yerdə qərarlaşan milli komandamız rəqibdən 14 pillə geri qalır.

Kişilərdən ibarət komandamız yarışa qələbə ilə başlayıb. Rəcəbovla Həşimov rəqibləri ilə xalları yarı bölüblər. Məmmədovla Məmmədyarov isə rəqiblərini təslim edərək, yığmamızın 3:1 hesabı ilə qələbəsini təmin ediblər. Kişi şahmatçılarımız dünən ikinci turda İngiltərə yığması ilə qarşılaşıblar.

Kişilər. I tur. Azərbaycan - Avstriya: Teymur Rəcəbov (2757) - Markus Recer (2561) - 0,5:0,5, Vüqar Həşimov (2740) - David Şegeliya (2560) - 0,5:0,5, Şəhriyar Məmmədyarov (2721) - Stefan Kindermann (2529) - 1:0, Rauf Məmmədov (2626) - Nikolaus Staneç (2541) - 1:0. Xanım şahmatçılarımız isə ilk turu heç-heçə başa vurublar. Məmmədyarova bacılarının qələbə qazanmasına baxmayaraq, Xəyalə və Türkan partiyadan məğlub ayrılıblar. Komandamızın növbəti rəqibi Serbiya şahmatçıları olacaq.

Qadınlar. Azərbaycan - Fransa: Zeynəb Məmmədyarova (2285) - Mari Sebaq (2519) - 1:0, Nərmin Kazımova (2228) - Silviya Kollas (2319) - 0:1, Türkan Məmmədyarova (2233) - Paulin Riçard (2304) - 1:0, Xəyalə İskəndərova (2212) - Maria Lekont (2325) - 0:1.

Yarışa oktyabrın 30-da yekun vurulacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Kuba Azərbaycana baş məşqçi axtarır
Boks "xilaskarları" Azərbaycana dekabrda gələcək

Bakıda növbəti derbi
Bülənt Korkmazın "Bakı"sı Vaqif Sadıqovun "Neftçi"sinə qarşı

Cüdoçumuz dünya çempionatından kənarlaşdırıldı
Komandamızın hesabında hələlik 1 gümüş medal var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər