Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Bakıda növbəti derbi
Bakıda növbəti derbi
Bülənt Korkmazın "Bakı"sı Vaqif Sadıqovun "Neftçi"sinə qarşı
Şənbə, 24.10.2009

İlham mətn ölçüsü  

Bu gün keçiriləcək iki oyunla Unibank Premyer Liqasında VIII tur başlanacaq. Mərkəzi görüş Lənkəranda keçiriləcək - liderlər qrupunda yer alan "Simurğ" ölkə kubokunun ikiqat qalibi "Xəzər- Lənkəran"ın qonağı olacaq. Yeri gəlmişkən, "Simurğ" indiyə kimi Lənkəran klubunu məğlub edə bilməyib.

Son üç turda uduzmaqla birinci pillədən beşinciyə düşən "Muğan" Bakıya növbəti səfər edəcək. Bakı son üç gündə ikinci paytaxt derbisinin iştirakçısı olacaq. Ölkəmizdə ilk məğlubiyyətini "İnter"dən alan "Bakı"nın türkiyəli baş məşqçisi Bülənt Korkmaz ilk "ev oyunu"nda "Neftçi" ilə görüşəcək. Hər iki paytaxt klubu cari çempionatda çox uğursuz çıxış edir və hələ mövsümün əvvəlində baş məşqçilərini dəyişməli olublar. Ağır günlərini yaşayan "Karvan" Azərbaycan kubokunun qalibi "Qarabağ"la qarşılaşacaq.

24 oktyabr: "Xəzər-Lənkəran" - "Simurğ", "Olimpik-Şüvəlan" - "Muğan";

25 oktyabr: "İnter" - "Standard", "Bakı" - "Neftçi", "Karvan" - "Qarabağ", "Turan" - "Qəbələ".

Ötən həftə isə Unibank Premyer Liqasında VII turun oyunlarında maraqlı nəticələr qeydə alınıb. "Bakı" türkiyəli yeni baş məşqçisi Bülent Korkmazın rəhbərliyi altında ilk rəsmi oyunu 3 xalla başa vurub. "Qarabağ" Quzanlıda "Neftçi"ni minimal hesabla üstələyib. Salyanda "Muğan" və paytaxtın "İnter" klubları arasında matçda isə qapılara 7 qol vurulub.

Turun nəticələri ilə tanış olun: "Muğan" - "İnter"- 1:6, "Qarabağ" - "Neftçi" - 1:0, "Standard" - "Xəzər-Lənkəran" - 1:2, "Turan" - "Bakı" - 0:1, "Qəbələ" - "Olimpik-Şüvəlan" - 2:1, "Simurğ" - "Karvan" - 2:0.

Üç gün əvvəl isə Unibank Premyer Liqasında təxirə salınmış III turun oyunları keçirilib. "Neftçi" komandası Vaqif Sadıqovun rəhbərliyi altında ikinci oyununda məğlubiyyətə düçar olub. "Xəzər-Lənkəran" isə minimal hesabla "Şəfa"da "Olimpik-Şüvəlan"a uduzub. "Qarabağ" Salyanda "Muğan" üzərində qələbə sayəsində "Simurğ"un liderliyinə şərik çıxıb. Nəhayət, "Turan" bu mövsüm ilk qələbəsini qazanıb və sonuncu pillədən qurtulub.

Təxirə salınmış III turun nəticələri: "Qəbələ" - "Neftçi" - 1:0, "Olimpik-Şüvəlan" - "Xəzər-Lənkəran" - 1:0, "Turan" - "Karvan" - 2:1, "Muğan" - "Qarabağ" - 0:1, "İnter" - "Bakı". 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Bakı" növbəti mərhələnin bir addımlığında

"Yaşam da eynən futbol kimidir"

"Yaşasın Azərbaycan!", "Traktor!", "Burası Təbriz!"...

"Neftçi" və "Bakı"da yeni dönəm

Bayraq "böhrani"

Bölmənin digər xəbərləri
 
Kuba Azərbaycana baş məşqçi axtarır
Boks "xilaskarları" Azərbaycana dekabrda gələcək

Cüdoçumuz dünya çempionatından kənarlaşdırıldı
Komandamızın hesabında hələlik 1 gümüş medal var

Kişilər qələbə, qadınlar heç-heçə
Oktyabrın 22-də Serbiyanın Novi Sad şəhərində kişi və qadın şahmatçılardan ibarət milli komandalar arasında 17-ci Avropa çempionatı başlanıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər