Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Güney Azərbaycan ədəbiyyatına dair yeni nəşr
Belə bir nəşr Güney Azərbaycan türklərinin arzusu idi
Şənbə, 24.10.2009

Zəminə Rüstəm mətn ölçüsü  

 Güney Azərbaycan ədəbiyyatı haqqında yeni kitab işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi tərəfindən hazırlanan "Cənubi Azərbaycan ədəbiyyatı tarixi. XIX-XX əsrlər" kitabında Güney Azərbaycan ədəbiyyatının XIX və XX əsrləri əhatə edən tarixindən bəhs olunur. İki cilddə çap olunan kitabın redaksiya heyətinin üzvləri akademik Mirzə İbrahimov, filologiya elmləri doktoru, professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevdir.

Bu 480 səhifəlik nəşr redaksiya heyətinin ön sözü ilə başlayır. Burada əslən Güney Azərbaycandan olan akademik Mirzə İbrahimovun elmə verdiyi töhfə, yazıçının Güney Azərbaycan ədəbiyyatının araşdırılmasında əvəzsiz rolu və mövzu ilə bağlı digər məlumatlar yer alır. Hər bir ədəbiyyat tarixinin ortaya çıxmasını ədəbi-mədəni hadisə kimi dəyərləndirən redaksiya heyəti kitabın ərsəyə gəlməsinin Güney Azərbaycan türklərinin arzusu olduğunu bildirib. Doqquz fəsildən ibarət kitabın birinci hissəsi "XIX əsrdə Cənubi Azərbaycanda folklor" başlığı ilə verilib. Bu fəsildə folklor incilərimizdən olan dastanlar və bayatılar yer alır.

II fəsildə XIX əsrin birinci yarısını əhatə edən ədəbiyyatdan bəhs olunur. Burada həmin dövrdə baş verən mühüm ictimai-siyasi hadisələr və zəmanənin görkəmli ədiblərinin yaradıcılığı əksini tapıb. Kitabın III fəsli "Ədəbi portretlər" başlığı ilə verilib. Bu hissədə Heyran xanım, Seyid Əbülqasim Nəbati və b. yaradıcılığından söz açılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rus dilindən imtina nə vəd edir?

"Yarımçıq əlyazma" Braziliyada çap olunub

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Bölmənin digər xəbərləri
 
Sərhəd keçidində oynanmış müdhiş dram
İran məxfiləri yeniyetmənin cənazəsini ölkəyə buraxmayıblar. Atasını tələb ediblər ki, ...tutsunlar

İranda türkcə adlara qarşı cihad
Adı və reklamı türkcə olan mağazalar, kafelər bağlanır, sahibləri məhkəməyə cəlb edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər