Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İranda türkcə adlara qarşı cihad
İranda türkcə adlara qarşı cihad
Adı və reklamı türkcə olan mağazalar, kafelər bağlanır, sahibləri məhkəməyə cəlb edilir
Şənbə, 24.10.2009

S.Soltan mətn ölçüsü  

İranın teokratik hakimiyyəti türkcə adlardan, kəlmələrdən vahimələnir. Azərbaycanlı iş adamları öz kiçik müəssisələrinə, mağazalarına, dükanlarına, kafelərinə türkcə ad qoyduqları üçün cinayət törətmiş adamlar kimi məhkəməyə cəlb olunurlar. Ötən bir il ərzində təkcə bununla bağlı 600-dən artıq "cinayət işi" açılıb...

Bu kimi kramol "əməllərlə" mübarizə metodunun anatomiyası belədir: Türkcə adı seçən iş yerlərinə məktubla xəbərdarlıq edilir, buna əməl etməyənlərə məhkəmənin qərarını göndərirlər. Həmin məktublarda dükan və şirkət yiyələrindən adların türk dilindən farscaya tərcümə edilməsi tələb olunur. Buna görə həmin şəxslərin dükanları və şirkətləri qapadılır. Adı və ya reklam yazısı Azərbaycan türkcəsində olan mağazaları bağlayırlar. ETTELAAT-ın yerlərdəki idarəsinin əməkdaşları mağaza sahiblərini hədələyir, tablolarda farsca məzmun daşıyan adlardan və farsca mətnlərdən istifadə edilməsi tələb olunur.

Qərbi Azərbaycan əyalətinin Sayınqala rayonundakı dükanlardan biri, Azərbaycan türkcəsində yaradıcılıqla məşğul olanların, ədəbiyyat həvəskarlarının hər gün toplaşdığı "Azərbaycan" kafesi idi. Hakimiyyət təmsilçiləri adına görə artıq bu kafenin qapısını möhürləyib.

"Baybak" Güney Azərbaycan tələbələrinin "Arman" adlı qurumuna istinad edərək bildirir ki, Misəm Purmustafa Sevgilitəpə adlı azərbaycanlı bir alim dünyadakı "elektrik çəmbərəsindən" faydalanaraq yeni bir ixtiraya imza atmışdır. O, öz ixtirası ilə liftlərə yeni görünüş verib, bu vasitənin daha səmərəli işləməsini təmin edib. Misəm Sevgilitəpə bu işini İran İslam Respublikasının ixtiraları qeydiyyata alan idarəsində dəftərə saldırmaq istəyib. Ancaq onun ixtirasında "Günəş" kəlməsini görən məsullar korrida cöngəsi qırmızı parçanı görəndə coşduğu kimi hiddətlənərək, sənədi qəbul etməkdən qətiyyətlə boyun qaçırmışlar. Onlar müəllifə deyiblər ki, bu sözü çıxar! Və həmin ixtira bu ilin sentyabrında (İrandakı təqvimlə 14.06.1388 Günəş ili, 60864 saylı iş) "Günəş"siz qeydə alınıb.

"Farsnyus"un bir xəbərində oxuyuruq: "Sinqapurda nəşr olunmuş dünya xəritələrində "Fars körfəzi" adı qeyd olunmayıb. Halbuki həmin nəşriyyatın əvvəlki bütün xəritələrində bu ad yazılmışdı. Bölgənin varlı dövlətləri Sinqapur kimi kasıb dövlətlərin mövcud maddi durumundan yararlanaraq, ona pul xərcləyir və xəritələrə əl gəzdirirlər".

Xəbərdə "Farsnyus" Qərb ölkələrini ittiham etsə də, Azərbaycan türkcəsində olan İran saytlarının yaydığı bu məlumat isə "Ərəb Əmirlikləri "Fars körfəzi" adı ilə müharibə aparır" kimi yayılıb. Körfəzin ərəb ölkələrinə görə, bura "Ərəb körfəzi", fars şovinistlərinə görə, "Fars körfəzi", ruslar üçün "Persidskiy zaliv", biz türklər üçünsə hələ Səlcuq İmperiyası dövründən "Gəngər körfəzi"dir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Sərhəd keçidində oynanmış müdhiş dram
İran məxfiləri yeniyetmənin cənazəsini ölkəyə buraxmayıblar. Atasını tələb ediblər ki, ...tutsunlar

Güney Azərbaycan ədəbiyyatına dair yeni nəşr
Belə bir nəşr Güney Azərbaycan türklərinin arzusu idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər