Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Sərhəd keçidində oynanmış müdhiş dram
Sərhəd keçidində oynanmış müdhiş dram
İran məxfiləri yeniyetmənin cənazəsini ölkəyə buraxmayıblar. Atasını tələb ediblər ki, ...tutsunlar
Şənbə, 24.10.2009

S.Sədrəddin mətn ölçüsü  

Oktyarbın 8-də Bakı telekanalları yeniyetmə İran vətəndaşının hamamda dəm qazından boğularaq öldüyü xəbərini yaydı. Faciəli bir olay... Hüquq-mühafizə orqanları hadisəni araşdırıb qiymət verdilər: ölüm texniki təhlükəsizliyə əməl olunmadığından baş verib. İran konsulluğu da olayla bağlı əlavə təhqiqata ehtiyac duymayıb... Nə etməli, belə hallar olur.

Ancaq hadisə bununla bitmir. İran vətəndaşı olan ata həyatdan getmiş övladını Güney Azərbaycanın Muğan mahalında dəfn etmək istəyir. Muğan onun ata-baba yurdudur, əcdadlarının məzarıstanı oradadır. Fəqət valideynlərinin bu insani istəyinin ətrafında daha müdhiş bir dram oynanılır. İştirakçılar - İran məxfi xidmət agentləri, bədbəxt ata və ana, bizim sərhədçilər və bəxtsiz yeniyetmənin ortada qalmış cənazəsi...

Müsahibimiz həmin oğlunu itirmiş bədbəxt ata - Şahdust Hacı oğlu Mirzəyidir (Babək Muğanlı təxəllüsü ilə şeirlər yazdığını bilirik). Muğan mahalının Parsabad (bizim minillik tarixi yurdlarda əcaib səslənən bir ad!) şəhərində anadan olub. 1978-79-cu illərdən siyasi fəaliyyətə başlayıb. 1980, 1984, 1988, 1994-cü illərdə siyasi fəaliyyətinə görə İran hakimiyyəti tərəfindən müxtəlif müddətlərə həbs olunub. Hətta bir dəfə doğmaları onun edam olunacağını gözləyiblər. Parsabadda 12 illik təhsili başa vurub, Tehrandakı Əllamə Təbatəbai adına Universitetin idarəetmə fakültəsinə daxil olub. Ancaq siyasi fəaliyyətinə görə universitetdən qovulub.

REKLAM

2006-cı ilin məlum may hadisələri zamanı Tehran hakimiyyətinin davranışına etiraz etdiyi üçün onun 17 qohumu həbs olunubmuş.

Əgər xatırlayırıqsa, 1990-cı ilin yanvarında Tehranda Güney Azərbaycan türkləri Qarabağ komitəsi yaratmışdı. Ölkənin bir çox şəhərlərində onun yerli bölmələri fəaliyyət göstərirdi. Belələrindən biri də Güney Azərbaycanın Muğan bölgəsində idi. Babək Muğanlı isə onun məsullarından olub.

Ata baş verən facili olayı belə danışdı: "Oğlum Şirvin Mirzəyi 1997-ci ildə Bakıda doğulub. Bir müddət sonra İrana qayıtdıq. Şirvin 4 il idi Bakıda İran səfirliyinin məktəbində 8-ci sinifdə oxuyurdu. Oktyabrın 7-də özüm də evdə idim. Axşam oğlum qaldığımız evin hamamına girdi. Hava küləkli idi. Hamama girəndən 20 dəqiqə sonra bu bədbəxt hadisə başımıza gəldi".

- Bildiyimizə görə, oğlunuzu babalarının basdırıldığı torpaqda dəfn etmək istəmişsiniz. Ancaq Tehranın göstərişi ilə yerli hakimiyyət orqanları buna mane olub...

- Hadisənin səhəri gün sənədləşdirmə üçün İran Konsulluğuna getdik. Sənədləşməni konsulluğun nümayəndəsi Müseyib Əliyari apardı. Ölkənin uyğun qurumlarına ünvanlanan həmin sənədlərdə cənazənin İrana buraxılması bildirilirdi. O biri gün Biləsuvardakı sərhəd-keçid məntəqəsinə gəldik. Bu tayda sənədlərimizə baxdılar. Biz "neytral" adlanan əraziyə keçdik. Orada İran tərəfi cənazənin buraxılması ilə bağlı məsələyə baxmadan özümü tələb etdilər. Dedilər ki, atası gəlsin, sonra cənazəni buraxaq. "Əgər atası gəlməsə, cənazəni buraxmayacağıq"- deyib mənim keçməyimi istədilər. Anası da o taydakı Biləsuvarda oğlumuzun cənazəsini gözləyirdi. Doğrudur, oğlumun şəkli anasının pasportunda var. Oğlumuz dəfələrlə anası ilə bu taya keçib. Xanımım onu burada mənim yanımda qoyduqdan sonra geri qayıtmışdı. Onlar konsulluğun sənədləşdirdiyi kağızlara heç bir irad tutmurdu. İran tərəfin əsas tələbi mənim o taya keçməyim idi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
İranda türkcə adlara qarşı cihad
Adı və reklamı türkcə olan mağazalar, kafelər bağlanır, sahibləri məhkəməyə cəlb edilir

Güney Azərbaycan ədəbiyyatına dair yeni nəşr
Belə bir nəşr Güney Azərbaycan türklərinin arzusu idi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər