Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Müslüm Maqomayevin səhnə obrazı mərmərdə
Şənbə, 24.10.2009

mətn ölçüsü  

Müslüm Maqomayevin qəbirüstü abidəsi hazırdır. Opera və estrada mahnılarının mahir ifaçısı kimi tanınan bu dünya şöhrətli sənətçinin qəbirüstü abidəsinin hazırlanması Azərbaycanın xalq rəssamı, heykəltəraş Ömər Eldarova həvalə edilmişdi.

Heykəltəraşın izahatına görə, abidə mərmərdən yonulub. Burada 20 tonluq materialdan istifadə olunub və bu mərmər Uraldan gətirilib. Abidə üzərində altı ay iş gedib. Mərmər üzərində Müslüm Maqomayevin hamıya tanış olan səhnə obrazı canlandırılmışdır.

Ömər Eldarovun bildirdiyinə görə, açılışdan əvvəl Müslüm Maqomayevin doğmaları abidə ilə tanış olublar. Fəxri Xiyabanda keçirilən açılış mərasimindən sonra Park İNN-də sənətkarın anım mərasimi keçirilib. Tədbirdə dövlət və mədəniyyət xadimləri, sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, qızı Marina, Rusiyanın tanınmış mədəniyyət işçiləri iştirak ediblər.

Müslüm Maqomayev ötən il oktyabrın 25-də vəfat etdi. Bu həftəsonu Moskvada bu böyük insanın anım günü ilə bağlı tədbirlər nəzərdə tutulur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakının qurtuluşunun 91-ci ildönümü yaxınlaşır

Abidə və mağaralar təmizlənir

"Mən qatil deyiləm"

Xudafərin barədə Tehranda kitab buraxılacaq

YUNESKO siyahısına hansı abidələr düşəcək?

Bölmənin digər xəbərləri
 
"Cavidlər ayı" qeyd olunur
Hüseyn Cavidin əsərləri Türkiyədə sərgilənəcək

Bakı Caz Festivalının önəmi artır
Gələn ildən bu festival Montrö festivalının tərkibində keçiriləcək

Milli Dram Teatrı repertuarını yeniləyib
Tamaşalar yaxın aylarda təqdim ediləcək

Tofiq Quliyevin mahnıları Kapellhausda
Kapellhaus Alman Mədəniyyət Mərkəzində "Sənə "sevirəm" dedim" adlı musiqili-bədii gecə Mədəniyyət və İncəsənət Universitetinin müəllim heyətinin təşəbbüsü ilə hazırlanmışdı.

Azərbaycan filmi 5000 avro qazana bilər
Dekabrın 2-dən 5-dək Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı keçiriləcək.

"Oğlum, qapını aç, qapıda bir külək ölür"
Küləyin ölümü - həyatın başlanğıcı

Zülfiyyə Xanbabayeva: "Tamaşaçıların zövqü çaşıb, çünki mahnılarda bir yadlıq yaranıb"
Odur ki, avropasayağı mahnıları ifa edəndə də milli koloriti saxlamağa çalışır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər