Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Milli Dram Teatrı repertuarını yeniləyib
Milli Dram Teatrı repertuarını yeniləyib
Tamaşalar yaxın aylarda təqdim ediləcək
Şənbə, 24.10.2009

Zəminə Rüstəm mətn ölçüsü  

Akademik Milli Dram Teatrı 137-ci mövsümündə bir sıra yeni tamaşalar hazırlayır. Teatrın mətbuat əlaqələndiricisinin məlumatına görə, hazırda məşhur "detektiv kraliçası" Aqata Kristinin "Tələ" əsərinin üzərində məşqlər başa çatmaq üzrədir və noyabr ayında tamaşanın təqdimatı keçiriləcək. Tamaşada xalq artistləri Zərnigar Ağakişiyeva, Ramiz Məlik, Rafiq Əzimov, əməkdar artistlər Sənubər İsgəndərova, Elxan Quliyev, Abbas Qəhrəmanov, artistlər Vəfa Rzayeva, Mətləb Abdullayev və başqaları oynayacaqlar. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Əsərin qısa məzmunu haqqında danışan mətbuat katibi bildirib ki, hadisələr Şotlandiyanın ucqar dağ pansionatında cərəyan edir:

"Burada bir-birinin ardınca müəmmalı qətllər baş verir. Qarlı havada ətrafın dünya ilə bütün əlaqələri kəsilib, yollar bağlanıb. Deməli, qatil pansionatda istirahət edənlərdən biridir. "Detektiv kraliçası" özünəməxsus bir üslubda tamaşaçıların qarşısında maraqlı tapmacalar qoyur, ancaq həmişə olduğu kimi tapmacanın açması hamı üçün gözlənilməz olur". Teatr truppasının hazırladığı növbəti səhnə əsəri qırğız yazıçısı və dramaturqu Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" əsəridir. Əsərdə böyük sərkərdənin həyatında baş verən tarixi hadisələrdən bəhs edilir. Baş rollarda xalq artistləri Ramiz Novruz, İlham Əsgərov, əməkdar artistlər Əli Nur, Elxan Quliyev və başqaları çıxış edəcəklər. Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlıdır.

Eyni zamanda, fransız yazıçısı Jan Anuyun əsərlərindən biri teatrda səhnələşdirilir. Onun qədim yunan dramaturqu Sofoklun "Antiqona" faciəsi əsasında eyniadlı müasir yozumu dünya teatrlarının bir çox səhnələrində öz uğurlu həllini tapmaqdadır. Hazırda milli teatrın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov tamaşaçıları məzmunlu və mənalı əsərlə tanış etmək niyyətindədir. Xatırladaq ki, oynanılacaq tamaşada xalq artisti Səyavuş Aslan, əməkdar artistlər Münəvvər Əliyeva, Əsgər Məmmədoğlu, aktyorlar Aslan Şirinov, Əminə Babayeva rol alıblar.

Bundan başqa, balaca tamaşaçılar üçün Xanım Həsənovanın "Tülkü, tülkü, tünbəki..." pyesi üzərində yaradıcılıq işləri başlayıb. Teatr kollektivi əmindir ki, milli nağıl qəhrəmanlarını cəmləyən bu gülüş dolu və eyni zamanda ibrətamiz əhvalat həm uşaqlar, həm də valideynlər üçün yaddaqalan teatr tamaşasına çevriləcək.

Məlumatda qeyd olunur ki, milli teatrla "Yuğ" teatrı arasında olan birgə layihənin quruluşçu rejissoru "Yuğ" teatrının bədii rəhbəri, rejissor Vaqif İbrahimoğludur. Tamaşa bu ilin sonunda təqdim olunacaq.

Teatrdan söz düşmüşkən, sənət ocağının binasında ötən ildən başlayan yenidənqurma və təmir işləri davam edir. Teatrın direktoru Maqbet Bünyadov bildirib ki, ötən ilin noyabrından bu tarixə qədər aparılan təmir işləri zamanı binanın 5 min kvadratmetrlik fasadına üzlük vurulub. Eyni zamanda teatrın dam örtüyü dəyişdirilib və binaya yaxın ərazidə ayrıca bir bina inşa edilib. Öyrəndik ki, təmir başa çatandan sonra təsərrüfat əhəmiyyətli bütün otaqlar həmin korpusa köçürüləcək. Teatr direktoru vurğulayıb ki, təmir işləri zamanı teatr binasının əvvəlki memarlıq üslubunun qorunub-saxlanmasına xüsusi diqqət yetirilir. Milli Dram Teatrının binası dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq təmir olunur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Milli teatr Türkiyə səfərindən qayıtdı

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Mərahim Fərzəlibəyov:
- Yeni tamaşalar sarıdan ciddi planlarımız var


Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Gəncədə "Amfiteatr" fəaliyyətini davam etdirir

Bölmənin digər xəbərləri
 
"Cavidlər ayı" qeyd olunur
Hüseyn Cavidin əsərləri Türkiyədə sərgilənəcək

Bakı Caz Festivalının önəmi artır
Gələn ildən bu festival Montrö festivalının tərkibində keçiriləcək

Tofiq Quliyevin mahnıları Kapellhausda
Kapellhaus Alman Mədəniyyət Mərkəzində "Sənə "sevirəm" dedim" adlı musiqili-bədii gecə Mədəniyyət və İncəsənət Universitetinin müəllim heyətinin təşəbbüsü ilə hazırlanmışdı.

Müslüm Maqomayevin səhnə obrazı mərmərdə
Müslüm Maqomayevin qəbirüstü abidəsi hazırdır.

Azərbaycan filmi 5000 avro qazana bilər
Dekabrın 2-dən 5-dək Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı keçiriləcək.

"Oğlum, qapını aç, qapıda bir külək ölür"
Küləyin ölümü - həyatın başlanğıcı

Zülfiyyə Xanbabayeva: "Tamaşaçıların zövqü çaşıb, çünki mahnılarda bir yadlıq yaranıb"
Odur ki, avropasayağı mahnıları ifa edəndə də milli koloriti saxlamağa çalışır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər