Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Bakı Caz Festivalının önəmi artır
Bakı Caz Festivalının önəmi artır
Gələn ildən bu festival Montrö festivalının tərkibində keçiriləcək
Şənbə, 24.10.2009

Xatun mətn ölçüsü  

Azərbaycan Dövlət Filarmoniyasında Bakı Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, "Bakı - islam mədəniyyətinin paytaxtı-2009" ili çərçivəsində keçirilən tədbirlərin sırasında beynəlxalq caz festivalı da yer almalı idi:

"Müəyyən səbəblərə görə bu festival keçən il baş tutmadı. Bu il də baş tutmasaydı, yaranmış bu ənənə pozula bilərdi. Məhz bu səbəbdən dövlət kifayət qədər vəsait ayırdı və Azərbaycan bu məsuliyyətli işi bir daha öz üzərinə götürdü". Nazirin çıxışından sonra, əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə davam edib. Daha sonra xalq artisti Şükür Məmmədov, gənc pianoçu, cazmen Emil Əfrasiyaboğlunun çıxışları təqdim edilib. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Caz Festivalı oktyabrın 27-dək davam edəcək. Festival çərçivəsində ötən gün Bakı Caz Mərkəzində Montrö Caz Festivalında birincilik qazanan azərbaycanlı cazmen İsfar Sarabskinin (fortepiano) konserti keçirilib. Onunla birgə səhnəni Aleksandr Zinger (zərb) və Ruslan Hüseynov (bass) paylaşıblar. Festivala ABŞ-dan "Richard Bona" və "Branford Marsalis" qrupları, Avstriyadan "Zihan & Kamien" dueti, Portuqaliyadan Cazzinho və İsraildən "Nard Yazz Knights" qrupları, Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan hindistanlı Vasumati Badrinathan və amerikalı Amir Elsaffar dəvət olunublar.

Festivalın açılışı zamanı öyrəndik ki, Beynəlxalq Caz Festivalı gələn ildən etibarən dünyanın ən məşhur caz festivalı olan Montrö festivalının filialı kimi keçiriləcək. Mətbuat işçilərinə bu barədə ətraflı danışan nazir Əbülfəs Qarayev bildirib ki, artıq bununla bağlı Montrö festivalının təşkilatçıları ilə danışıqlar aparılıb:

"Bu festivalın beynəlxalq əhəmiyyəti böyüyür. Gələn il Bakıda daha möhtəşəm caz festivalı keçiriləcək. Beynəlxalq Caz Festivalının gələn ildən etibarən Montrö Festivalının filialı kimi keçirilməsinin böyük marağa səbəb olacağına inanıram".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıda V müəllif mahnıları festivalı keçiriləcək

Əyyub Quliyev Çexiya festivalına yollanır

Dumanlı perspektiv

Qəbələdə musiqi festivalı keçiriləcək

"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək

Bölmənin digər xəbərləri
 
"Cavidlər ayı" qeyd olunur
Hüseyn Cavidin əsərləri Türkiyədə sərgilənəcək

Milli Dram Teatrı repertuarını yeniləyib
Tamaşalar yaxın aylarda təqdim ediləcək

Tofiq Quliyevin mahnıları Kapellhausda
Kapellhaus Alman Mədəniyyət Mərkəzində "Sənə "sevirəm" dedim" adlı musiqili-bədii gecə Mədəniyyət və İncəsənət Universitetinin müəllim heyətinin təşəbbüsü ilə hazırlanmışdı.

Müslüm Maqomayevin səhnə obrazı mərmərdə
Müslüm Maqomayevin qəbirüstü abidəsi hazırdır.

Azərbaycan filmi 5000 avro qazana bilər
Dekabrın 2-dən 5-dək Gürcüstanda 10-cu Tbilisi Beynəlxalq Kino Festivalı keçiriləcək.

"Oğlum, qapını aç, qapıda bir külək ölür"
Küləyin ölümü - həyatın başlanğıcı

Zülfiyyə Xanbabayeva: "Tamaşaçıların zövqü çaşıb, çünki mahnılarda bir yadlıq yaranıb"
Odur ki, avropasayağı mahnıları ifa edəndə də milli koloriti saxlamağa çalışır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər