Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Gürcüstan azərbaycanlıları inanc problemi yaşayır
Gürcüstan azərbaycanlıları inanc problemi yaşayır
QAM bu fikrə gəlib
Şənbə, 24.10.2009


"Turan" agentliyi
mətn ölçüsü  

Qafqaz Araşdırmaları Mərkəzi (QAM) Gürcüstanda yaşayan azərbaycanlıların sosial durumu ilə bağlı mətbuat konfransı keçirib.

Tədbir iştirakçıları uzun illər boyu danışılmasına baxmayaraq, azərbaycanlıların təhsil, torpaq, toponimlərin dəyişdirilməsi problemlərinin nəinki həllini tapmadığını, əksinə, yeni problemlər əlavə olunduğunu qeyd ediblər. "İndi Gürcüstan azərbaycanlıları dinlə bağlı problem yaşayır və onları məscidlərini bərpa etməyə qoymurlar", - deyə QAM sədri Kamran Ramazanlı problemin mahiyyətinə toxunub.

Onun sözlərinə görə, Bolnisinin Faxralı və Qardabaninin Ağtəhlə kəndlərində "Pravoslav valideynlər cəmiyyəti" ictimai təşkilatı məscidlərin bərpası işinə müdaxilə edərək, işi pozub, rəsmi Tbilisi isə buna hər hansı reaksiya vermir. Gürcüstanda nəşr olunan "Varlıq" qəzetinə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradzenin müsahibəsi nümayiş olunub. O, bu qrupların rəsmi hakimiyyətə tabe olmadıqlarını bildirib. "Bu maneələr təsadüfi deyil, bu qruplar Mixail Saakaşvili hökuməti tərəfindən yönləndirilir və Azərbaycanın diaspora komitəsi bu işə ciddi müdaxilə etməlidir", - deyə vəkil Aslan İsmayılov problemə münasibətini ifadə edib.

Yazıçı Eyvaz Borçalıya görə, problem heç də hansısa qüvvənin təmirə mane olmasında yox, rəsmi Tbilisinin bu özbaşınalığın qarşısını almamasındadır. Onun fikrincə, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın diaspora komitəsi məsələnin dramatik şəkil almaması üçün imkanlarından istifadə etməlidir.

Vəkil İsaxan Aşurov məsələnin hüquqi müstəvidə həllini tapa bilməsi üçün öncə məscidin Gürcüstan Mədəniyyət Nazirliyində mədəniyyət abidəsi kimi qeydə alınmasını və sonra təmirə davam etdirilməsini məqsədəuyğun saydığını söyləyib. Ədalət Partiyasının sədri İlyas İsmayılov da Aşurovun təklifinə dəstək verib.

"Azərbaycanlılara qarşı baş verənlər dövlət tərəfindən yönləndirilir və əslinə qalsa, rəsmi Tbilisi azərbaycanlıları gürcüləşdirmək siyasəti yürüdür", - deyə professor Əli Xəlilli rəsmi Tbilisini sərt tənqidə məruz qoyub.

Bu addımlar ilk növbədə rəsmi Bakının Azərbaycandan xaricdə azərbaycanlılar barəsində konkret siyasi xəttinin olmamasının nəticəsidir, deyən deputat Nəsib Nəsibli məscidlə bağlı konkret halın isə Gürcüstan-Azərbaycan dostluğuna ziyan vurduğunu hesab edir.

Tədbirdə iştirakçı olan Gürcüstan səfirliyinin nümayəndəsi problemləri mətbuata çıxarmağın faydası olmayacağını deyərək, bunu "rəsmi qurumlar vasitəsilə həll etməyin lazım olduğu" kimi "faydalı" məsləhət verib.

Son olaraq, tədbir iştirakçıları mövcud durumu müsbət məcraya yönəltmək üçün hər iki dövlətin başçısına müraciət qəbul ediblər.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb

"Əbubəkr məscidini biz partlatmamışıq"

Qızıl və gümüşə bürünən Şah Abbas məscidi

"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib

Gürcü keşişləri unutqan olublar

Bölmənin digər xəbərləri
 
"Söz uçar, yazı qalar... Xatirələr kimi..."
Qazaxdan yeni təəssüratla

Nəfəs almaq çətinləşir
Cəbəblərdən biri köhnə avtomobillərdir

ÜST öpüşməyi və qucaqlaşmağı tövsiyə etmir
Bizə qonşu ölkələrdə yoluxma halları artır

Hökumətin öhdəlikləri icra imkanları azalıb
Çıxış yolu olaraq pensiya yaşı artırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər