Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
ÜST öpüşməyi və qucaqlaşmağı tövsiyə etmir
ÜST öpüşməyi və qucaqlaşmağı tövsiyə etmir
Bizə qonşu ölkələrdə yoluxma halları artır
Şənbə, 24.10.2009

Aynurə mətn ölçüsü  

Türkiyənin Bilkent Universitetinin ibtidai məktəbində donuz qripinə tutulanların sayı 10-a çatıb. Xəstəliyə qarşı tədbir görmək üçün məktəblərdə bir həftəlik tətil elan olunub. Xəstə şagirdlər isə evlərində müalicə alırlar. Diyarbakır məktəblərində isə 1 həftəlik tətil elan edilib. 4 məktəbdə 5-i məktəbli olmaqla 7 nəfərdə "donuz qripi" qeydə alınıb. Ankarada isə son 5 gündə 41 nəfərdə virus aşkarlanıb. Ərzurumda Çindən gələn 35 yaşlı Türkiyə vətəndaşında virus təsdiqlənib. Türkiyədə bütün məktəblərdə "donuz qripi"nə qarşı tədbirlər başlanıb. Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, məktəblərdə dezinfeksiya tədbirləri aparılır.

Türkiyədə peyvənd məsələsi gündəmdə ön sırada durur. Hökumət peyvəndlər üçün lazımi preparatlar alsa da, əhali arasında onun ziyanı barədə fikirlərin formalaşması ziddiyyətli baxışlara zəmin yaradıb.

Çində "donuz qripi"nin ikinci dalğası başlayıb - virusa yoluxanların sayı artır. İndiyədək 26 min 300-dən artıq virusa yoluxma qeydə alınıb. Son 10 gündə qeydə alınan yoluxmalar son bir ayın nəticələrindən çoxdur. Virusa yoluxanların yüzdə 86-sı sağalır. Hazırda bütün xəstəxanalar hazırlıq səviyyəsinə gətirilib. Məktəb şagirdləri arasında peyvənd kampaniyası sürətləndirilib.

Avropa Birliyi ölkələri də yeni qrip dalğasına hazırlaşır. AB səhiyyə nazirlərinin Lüksemburq toplantısında bildirilib ki, qış mövsümünün başlaması səbəbindən "Donuz qripi" virusunun yayılmasında ciddi artım qeydə alına bilər. İsveçin səhiyyə naziri Maria Larsson qeyd edib ki, qış ərəfəsində yeni bir virusun meydana çıxması da mümkündür. Maria Larsson bütün AB ölkələrinə hər an gözlənilə bilən təhlükəyə qarşı hazırlıqlı olmağı tövsiyə edib. İsveçin səhiyyə naziri "donuz qripi" virusunun geniş yayılmasına baxmayaraq, hələ də bir sıra ölkələrdə insanların virusa qarşı peyvənd olunmadığını təəssüf hissi ilə qeyd edib.

Son üç ay ərzində Rusiyanın Sverdlovsk vilayətində 93 nəfərin "donuz qripi"nə yoluxması ehtimal edilib. Lakin müayinələr yalnız 35 nəfərdə A/N1N1 virusunun olduğunu aşkarlayıb. 27 xəstə artıq xəstəxanaya yerləşdirilib. Bu qripə yoluxanlar arasında tətillərini Britaniyada keçirən 3 şagird də var.

Yeri gəlmişkən, Rusiya bu virusa qarşı iki yeni vaksinin istehsalına başlayıb. Ölkənin baş sanitar həkimi Gennadi Onişenko bildirib ki, Rusiyada ümumilikdə 591 virusa yoluxma faktı aşkarlanıb. 2010-cu il yanvarın 1-dək vaksinin ən azı 35,5 milyon dozası istehsal ediləcək.

Ümumdünya Səhiyyə Təşkilatı insanlara əllərini yumadan üzlərinə toxundurmaqdan, öpüşməkdən və qucaqlaşmaqdan uzaq olmağı məsləhət görüb. Əhaliyə tövsiyə olunur ki, yuyulmamış əlləri göz, burun və ağıza toxundurmasınlar. ÜST nümayəndələri əlləri tez-tez sabunla yumağı və birdəfəlik burun dəsmallarından istifadə etməyi tövsiyə edir, qrip simptomları aşkar edildikdə isə həkimə müraciət etməyi vacib sayırlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib

Virusu qarşılamağa ciddi hazırlıq görülüb

"Donuz qripi"nin dalğası planeti bürüyüb

"Donuz qripi"nə qarşı vaksin sınaqdan çıxmadı

Bölmənin digər xəbərləri
 
"Söz uçar, yazı qalar... Xatirələr kimi..."
Qazaxdan yeni təəssüratla

Nəfəs almaq çətinləşir
Cəbəblərdən biri köhnə avtomobillərdir

Gürcüstan azərbaycanlıları inanc problemi yaşayır
QAM bu fikrə gəlib

Hökumətin öhdəlikləri icra imkanları azalıb
Çıxış yolu olaraq pensiya yaşı artırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər