Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Nəfəs almaq çətinləşir
Nəfəs almaq çətinləşir
Cəbəblərdən biri köhnə avtomobillərdir
Şənbə, 24.10.2009

A.Akif mətn ölçüsü  

Bakıda atmosfer havasının çirklənməsinin əsas səbəblərindən biri köhnə, istismar müddəti bitən avtomobillərdir. Araşdırmalar göstərir ki, hazırda paytaxtda atmosfer havasının çirklənməsində avtomobillərin payı 55-60 faizdir. Bu problemi aradan qaldırmaq üçün bir müddət əvvəl istismar müddəti bitən 1996-cı ilədək istehsal edilən avtomobillərin istifadəsinə qadağa qoyulacağı bildirilsə də, hələlik bu, gerçəkləşmədi.

Lakin həmin avtomobillərin yığışdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Oktyabrın 15-dən noyabrın 1-dək növbəti "Təmiz hava" aylığına başlanılıb. İndiyədək "Təmiz hava" aylığı il ərzində iki dəfə keçirilirdi. Bundan sonra isə həmin tədbirlər il ərzində 3 dəfə keçiriləcək. Bu tədbirlərdə məqsəd ekoloji vəziyyətin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılmasıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Elnur Xəlilovun dediyinə görə, keçirilən "Təmiz hava" aylığı çərçivəsində təkcə paytaxtda 4500-dən artıq avtomobilə baxış keçirilib. İşin səmərəliliyinin artırılması məqsədi ilə 12 avtomobil təsərrüfatında yoxlamalar aparıldı. Bu zaman 753 avtomobilə baxış keçirilib və onlardan 136-da qüsurlar aşkarlanıb. Həmin avtomobillərin mühərriklərində zərərli qazların miqdarının normadan artıq olduğu müəyyənləşib. Həmin avtomobillərdən 85-də görülən tədbirlər nəticəsində karbon oksidin miqdarı norma həddinə endirilib. Aşkar olunan qüsurların aradan qaldırılması mümkün olmayan 51 avtomobilin istifadəsinə qadağa qoyulub.

E.Xəlilov bildirdi ki, küçə və magistrallarda reydlər zamanı 3831 avtomobil yoxlanıb: "Həmin avtomobillərdən 1678-də karbon oksid və tüstülüyün miqdarı normadan çox olub. Həmin avtomobillərin sürücüləri barəsində DYP əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib və inzibati məsuliyyətə cəlb olunublar. Paytaxtda olan istismara yararsız avtomobillərin xətdən yığışdırılması istiqamətində tədbirlər davam etdiləcək".

Bu tədbirlər rayonlarda da aparılıb. Yevlax rayonu ərazisində aparılan birgə reyd və yoxlama zamanı vətəndaşlara məxsus 631 ədəd müxtəlif markalı fərdi avtomobillərdən 105 ədədində dəm qazının miqdarı təyin olunan normadan yuxarı olduğu aşkar edilib. Aparılan reyd və yoxlama zamanı Ağdaş rayonu ərazisində 304 ədəd avtomobildən 59-da, Bərdə rayonu ərazisində 277 ədəd avtomobildən 126-da və Tərtər rayonu ərazisində 196 ədəd avtomobildən 31-də dəm qazının miqdarı təyin olunan normadan yuxarı olduğu müəyyənləşdirilib.

Avtomobil idxalı azalır

Məsələ ondadır ki, xaricdən ölkəmizə əsasən köhnə, ən az 5-10 il istismar edilmiş avtomobillər idxal edilir. Bu avtomobillərin qiyməti təxminən 7000-9000 dollar arasında dəyişir. Bu il həmin maşınların sayı 5 min ədəd artıb. Halbuki əvvəlki illərdə ölkəmizə qiyməti 17-40 min dollar arasında olan avtomobillər daha çox gətirilirdi və idxalda əsas üstünlük bu maşınlara məxsus olurdu.

Bu gün isə avtomobil bazarında durğunluq hökm sürməkdədir. Bu durğunluq 2009-cu ilin əvvəllərindən yaranıb. Alıcıların sayının kəskin şəkildə azalması avtomobil bazarına ciddi təsir göstərib. Bu səbəbdən xarici ölkələrdən maşın idxalı azalmışdır. Bu ilin ötən 8 ayında ölkəmizə 42 min ədəd minik avtomobili gətirilib. Halbuki əvvəlki illərdə bu rəqəm ən azı 60 min ədəd olurdu.

Gömrük xidmətinin məlumatına görə, ötən 8 ayda ölkəyə distribütor və dilerlər tərəfindən 17 min minik avtomobili gətirilib. 2008-ci illə müqayisədə dilerlərin biznesi 50 faiz zəifləyib. Yəni ən çox itkiyə məruz qalan onlardır. Ayrı-ayrı şəxslərin gətirdiyi maşınların sayı isə 25 min ədəd təşkil edir. Bu o deməkdir ki, hazırda maşın biznesinə fərdi şəxslər üstünlük verir. Amma onların da bazarı yaxşı getmir. Çünki bu şəxslər daha ucuz maşınlar gətirirlər ki, bunun da mənfəəti az olur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müğənnilərin avtomobili gözə gəlib

"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar

Müğənnilərin avtomobil yarışı

Miqrantların vətənə göndərdikləri pullar azalır

Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir

Bölmənin digər xəbərləri
 
"Söz uçar, yazı qalar... Xatirələr kimi..."
Qazaxdan yeni təəssüratla

ÜST öpüşməyi və qucaqlaşmağı tövsiyə etmir
Bizə qonşu ölkələrdə yoluxma halları artır

Gürcüstan azərbaycanlıları inanc problemi yaşayır
QAM bu fikrə gəlib

Hökumətin öhdəlikləri icra imkanları azalıb
Çıxış yolu olaraq pensiya yaşı artırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər