Hal-hazırda Ayna qəzetinin 24.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 24.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
"Söz uçar, yazı qalar... Xatirələr kimi..."
"Söz uçar, yazı qalar... Xatirələr kimi..."
Qazaxdan yeni təəssüratla
Şənbə, 24.10.2009

Yasemin Bayer mətn ölçüsü  

Söz uçar, yazı qalar, deyirlər. Amma nə sevdiklərimiz, nə də yazı uçar. Onları zaman-zaman hər bir şəkildə hiss edirik. Çünki bizi onlar yetişdirib, böyütmüşlər. Ana nənəsini, ata nənəsini, babalarını, anasını, atasını itirənlər bunu yaxşı bilirlər. Xatirələr yaddaşımızdan silinməyən, sevdiklərimizdən bizə qalan ən qiymətli xəzinədir. Əsla təkrarlanmayan yaşamlar, əsla təkrarlanmayan anlar... Çox zaman onlar yaşasaydı, onların bəzi olaylar qarşısında necə davranacaqlarını düşünüb, gəncliyimizdə onlara qarşı öz başımıza, öz-özümüzə isbatlamağa çalışdığımız anların nə qədər komik olduğunu xatırladım. Qazaxda böyük ustad İsmayıl Şıxlının "Dəli Kür" romanının Türkiyədə yayımlanmasıyla əlaqədar bu kitabın təqdimatına qatılmadan öncə.

Qazaxda, təkbaşıma qaldığım bir saatlıq boş zamanda, arabayla son sürət bir daha ətrafı dolaşmaq istədim. Nə də olsa artıq Qazaxı tanımışdım. "Qatır körpüsündən başqa görmədiyim yer qalmamışdı. Amma yenə də hansı tərəfə gedəcəyimə qərar verə bilmədim. Əslinə baxsanız, Kürün kənarına getmək istərdim. Amma sonra tədbirə çata bilmədiyimi düşünüb, qarşıma çıxan Cəfərli və Kiçik Cəfərli kəndinə getdim. Orada Didəban su anbarının olduğu gölün kənarında bir az dolaşdım.

Şəhərin mərkəzinə tam vaxtında dönmüşdüm. 500 nəfərlik Qazax mədəniyyət sarayının salonu dopdolu idi. Bundan təqribən on il əvvəl Bakıya gəldiyimizdə ilk tanıdığımız azərbaycanlı ailə dostumuzun da burda olmasına sevindik. Diqqətli və axıcı biçimdə hazırlanmış proqramda Türkiyə türkcəsinə uyğunlaşdırdığım kitabın iki variantının qarşılaşdırılması məni məmnun etdi. Danışmaq sırası mənə gəldiyində, İsmayıl Şıxlı və əsərlərinin ədəbi özəllikləri haqqında danışmaq istəmədiyimi söylədim. Amma düşünməyin ki, onun haqqında və əsərlərinin özəllikləri haqqında bilgilərim yoxdur. Tam tərsinə. "Dəli Kür" romanı üzərində çalışmağa başlamazdan öncə İsmayıl Şıxlı və əsərləri haqqında yazılmış bütün məqalələri oxudum, kiril əlifbasıyla yazılanlardan başqa.

İsmayıl Şıxlı bü gün də öyrədir. Necə? Onun yazdığı əsərlərdə istifadə etdiyi ana dili və doğulub böyüdüyü Qazax ləhcəsində istifadə olunan kəlmə və sözləri işlətməsi ana dilinin önəmli olmasını vurğulayır. Və bu nöqtədə də bugünkü nəslə ana dilinə sahib çıxma məsələsində yol göstərir. Doğrudan da "Bir məmləkəti ələ keçirmək istəyirsinizsə, öncə onun dilinə hakim olun" fikri bu gün, sadəcə, siyasətçilər deyil, hər kəs tərəfindən bilinən bir gerçək.

Xarici dildə savad almama baxmayaraq, bulunduğum cəmiyyətdə, ya da tədbirlərdə məcbur qalmadıqca ana dilimdə danışıram. Keçən il qeyb etdiyimiz ünlü şairimiz Fazil Hüsnü Dağlarcanın çox gözəl vurğuladığı kimi, "türkcəm mənim bayrağım!" Ana dilində danışmaq vətənin müstəqilliyinin göstəricisidir. Türkcəmi çox sevirəm. Dünyanın ən gözəl dillərindən biridir. Sahib olduğumuz kəlmə xəzinəmiz duyğuları, düşüncələri, hiss etdiklərimizi anladan böyük bir dərya.

Qazaxlı tarix elmləri doktoru, professor Teymur Bünyadov nə də gözəl yazmış:

Ana dil,

Dil-dil ötər anadil,

Əzəli, əbədidir,

Ana Vətən, ana dil.

Qazaxın ədəbi, mədəni köklərinə sahib çıxan, ziyalılarına böyük diqqət göstərən icra hakimi Rauf Hüseynovun tərtib etdiyi bu tədbirdən sanıram hər kəs məmnun ayrıldı. Mənə gəlincə, Qazaxda belə gözəl bir tədbiri hazırlanan ilk türkiyəli qonaq olmağım məni həm qürurlandırdı, həm də sevindirdi.

Mən, başda Qazaxın icra hakimi Rauf Hüseynov və onun yönətimindəki icra hakimiyyətinə, toplantıya səhər altıda Bakıdan qalxıb gələn dəyərli qonaqlar - İsmayıl Məmmədov, Məmməd Musayev, Nadir Nəsibov, Şöhrət Vəkilov, Rizvan Abdullayev, Abid Məmmədov, Qazax əhlinə və Qazaxın müəllimlərinə, şagirdlərinə, tədbirin aparıcısı və uyğunlaşdırdığım dəyərli kitabı son nöqtəsinə qədər oxuyan Barat Vüsal, icra hakiminin müavini Gülayə Həsənova, Elçin Şıxlı və Fərrux Şıxlıya mənə göstərdikləri sevgi və sayğıya sonsuz təşəkkür edirəm.

Bu gözəl anları həyatım boyunca yaddaşımda saxlayacam. Və bizi burada bir araya gətirən çox sevgili İsmayıl Şıxlının uzaqlardan bizi izləyən üzündəki gülümsəməyi hər kəsin hiss etdiyini bilirəm...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan-Türkiyə münasibətləri ailədaxili məsələdir

Yaşıla boyanmış görkəminə qarşı təvazökar Qazax

Yasemin Bayer BST-nin qonağı oldu

Bölmənin digər xəbərləri
 
Nəfəs almaq çətinləşir
Cəbəblərdən biri köhnə avtomobillərdir

ÜST öpüşməyi və qucaqlaşmağı tövsiyə etmir
Bizə qonşu ölkələrdə yoluxma halları artır

Gürcüstan azərbaycanlıları inanc problemi yaşayır
QAM bu fikrə gəlib

Hökumətin öhdəlikləri icra imkanları azalıb
Çıxış yolu olaraq pensiya yaşı artırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər