Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Biz heç 500 arasında da yoxuq
Şənbə, 17.10.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Britaniyanın "Times Nigher Education" dərgisi dünyanın ən yaxşı universitetlərinin ənənəvi illik reytinqini bu günlərdə dərc etdi. Biz, yəni Azərbaycanın sayı 40-ı haqlamış universitetlərinin heç biri orada yoxdur. Keçmiş MDB məkanı ölkələri də orada görünmür. İstisna təşkil edən Rusiyanın iki qədim universitetidir - Lomonosov adına Moskva Dövlət Universiteti (onun Azərbaycan filialı bu yaxınlarda açıldı) (155-ci yer) və Sankt-Peterburq Dövlət Universiteti (168-ci yer).

Rus mediası məmnun idi: bu iki universitetdən biri planetin ən prestijli universitetləri arasında yerini 20 mövqe yaxşılaşdırıb, ikincisi isə bu 200-lüyə ilk dəfədir daxil ola bilib.

Türkiyənin 70-ə yaxın universitetindən heç biri, o cümlədən qonşu İran universitetlərindən heç biri orada yoxdur. Türkiyə Universitetlərindən ən yaxşı göstərici Bilkənd Universitetinə aiddir (360). Bu yüzlük isə artıq "prestijli" sayılmır. Tehran Universiteti 368-ci yerdədir. Pakistan Milli Elm və Texnika Universiteti onların ikisindən də irəlidə qərar tutub (350). Türkiyənin daha üç universiteti (İstanbul Universiteti, İstanbul Texniki Universiteti və Koç Universiteti) 400-500 arasında yer alanlar sırasına düşə bilmişdir. Azərbaycan universitetlərindən heç birinin adına bu sırada da rast gəlinmir. Necə deyərlər, vəziyyətimizin "ağlamalı" olduğu göz önündədir.

Dünyanın ən yaxşı universiteti isə Harvarddır. İkinci yerdə - Kembric gedir. Üçüncü yerdə İel Universitetidir (ABŞ). Beşlikdə sonrakı yerlərdə London Universitet Kolleci (4), London İmperiya Kolleci və Oksford (5-ci yeri bölüşürlər) qərar tutmuşlar.

Amerikanın Prinston, Kolumbiya, Kornell və Stənford universitetləri ən yaxşılar sırasında qalırlar.

Biz azərbaycanlılar üçün ibrətamiz olan odur ki, Asiyanın - Yaponiya, Cənubi Koreya, Tayvan, Tailand, Çin, Malayziya, İndoneziya, Honkonq və Hindistan kimi ölkələrinin universitetləri bu il yuxarı pillələrə "dırmaşa" bilmişlər. Onlar reytinqlərini ildən-ilə yaxşılaşdırırlar. Tokio Universiteti bu il 22-ci yerə qalxıb. Bu 200 prestijli universtet arasında Yaponiyanın 6 universiteti qərar tutur. Honkonq şəhər-dövlətdir, amma bu 200 universitet arasında onun 2 universiteti yer alır. Azərbaycanla sıx elmi əlaqələri olan Seul Milli Universiteti 47-ci yerə yüksəlib. Bu 200-lükdə Çin altı universitetlə təmsil olunub.

Doğrudur, Amerika və Avropa universitetləri planetin təhsil liderliyini qoruyub saxlayır, lakin dünənin yoxsul Asiya ölkələri onları dabanbasmaraq izləyir, irəliyə çıxmağa çalışır və bir çox hallarda buna nail olurlar. Çünki bu ölkələrdə dövlət təhsilə külli miqdarda vəsait yönəltməkdədir və bu da öz bəhrəsini verir.

Bu reytinq siyahısı 2004-cü ildən "The Times" qəzetinin əlavəsi olan "Times Nigher Education" elmi dərgisi tərəfindən aparılır. Universitetlərin reytinqi müəyyən edilərkən, bir neçə şərtlərə önəm verilir. Yekun qiymət ekspert rəylərindən (40 faiz), dərc edilmiş elmi əsərlərdə universitetə və onun əməkdaşlarına isnadlardan (20 faiz), bir tələbəyə düşən müəllim sayından (20 faiz), iri şirkət top-menecerlərinin rəyindən (10 faiz), eləcə də əcnəbi professor və tələbə payından (10 faiz) hesablanıb çıxarılır. Biz də ölkə ali məktəblərinin reytinqini bu meyarlar əsasında hesablayıb səviyyə göstərisi əldə etsək, pis olmazdı...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Orduda itkilərin qarşısını necə almalı?
"Doktrina" mərkəzi görülməli tədbirləri açıqlayıb

Bu il ordumuz 50 hərbçi itirib
Son 7 ildəki ölüm halları 400-ə yaxınlaşıb

"Bayraq qalmaqalı" əndazədən çıxır
Türkiyə bayraqları Şəhidlər Xiyabanından yığışdırıldı...

Egemen Bağış erməni jurnalistlərə dedi:
Protokolların parlamentdən keçməsi çətindir

Müxalifət yenidən təlatüm yaşayır
Liderlər bir-birini səmimiyyətə dəvət edir

İran Xəzərdə yeni komandanlıq yaradır
Bura üç sahil əyalətinin müdafiə qüvvələri daxildir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər