Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bu il ordumuz 50 hərbçi itirib
Bu il ordumuz 50 hərbçi itirib
Son 7 ildəki ölüm halları 400-ə yaxınlaşıb
Şənbə, 17.10.2009

C.Sümərinli mətn ölçüsü  

2009-cu ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Hərbyönlü QHT-lərin "Müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət" Koalisiyası dünən keçirdiyi aylıq ənənəvi mətbuat konfransında bəyan edib. Məlumatda bildirilir ki, ötən ay 11 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Araşdırmalar göstərir ki, 1 hərbi qulluqçu intihar edib. Müvafiq dövrdə qeyri-nizamnamə hallarından, bədbəxt hadisələrdən dünyasını dəyişənlər də var.

Xronologiya

4 sentyabr. 1990-cı il təvəllüdlü, Şirvan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış əsgər Sabiq Atayev Ağcabədi rayonunda mina partlaması nəticəsində dünyasını dəyişib.

4 sentyabr. Əsgərlər Nurlan Məmmədov və Murad Rəhimov (müvafiq olaraq İsmayıllı və Gədəbəy rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar) Ağcabədi rayonunun Qiyamadınlı kəndi istiqamətində minaya düşüblər. Məlumata görə, hərbçilər traktorda olublar və traktor tank əleyhinə minanın üstündən keçib. Minaya düşən əsgərlər müxtəlif dərəcəli bədən xəsarəti ilə ərazidəki N saylı hərbi hospitala yerləşdiriliblər.

4 sentyabr. Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə əsgər İmanov Vüsal Eldar oğlu silahla davranış qaydalarına əməl etmədiyinə görə əlindəki avtomat silahdan atdığı atəş nəticəsində əsgər Fərzəliyev Mübariz İman oğlunu yaralayıb.

6 sentyabr. Ermənistan Silahlı Qüvvələrinin Berd rayonu Çinarlı kəndi istiqamətindən Azərbaycan Ordusunun Tovuzun Koxanəbi və Atbulaq ərazilərindəki mövqelərini atəşə tutması nəticəsində Azərbaycan ordusunun giziri yaralanıb. Ayağının sol bud nahiyəsindən yaralanan gizir Babaşov Şəmkir rayon hərbi hospitalına yerləşdirilib.

8 sentyabr. Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb. 1984-cü il təvəllüdlü, Xətai rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış baş leytenant Pərviz Cəfər oğlu Quliyev Füzuli cəbhəsində ermənilər tərəfindən çiynindən vurulub. Yaralı zabit hospitala yerləşdirilib, vəziyyəti orta ağır kimi qiymətləndirilib.

10 sentyabr.

REKLAM

Azərbaycan Ordusunun əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gəlbala oğlu Ağdam istiqamətində düşmənin hücumunun qarşısını alarkən kürək nahiyəsindən güllə yarası alıb. Onun hərbi hospitala yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilib.

11 sentyabr. Erməni tərəfinin Tərtər istiqamətində Azərbaycan mövqelərini atəşə tutması nəticəsində Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri, 1990-cı il təvəllüdlü, 2008-ci ildə Tovuz rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Murquzov Şaban Zakir oğlu düşmən gülləsinə tuş gəlib. Bel nahiyəsindən güllə yarası alan əsgər Ş.Murquzov hospitala yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilib.

14 sentyabr. Azərbaycan ordusunun əsgəri - Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən 1990-cı il təvəllüdlü Tofiq Əliyev postda dayanarkən avtomatla özünü öldürüb. T.Əliyev 2009-cu ilin oktyabrında Astara rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

15 sentyabr. İsmayıllı rayonunda baş verən yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının əsgəri xəsarət alıb.

16 sentyabr. Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 2008-ci ildə Qazax rayon hərbi komissarlığından hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Mehbalıyev Samir Nizam oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

16 sentyabr. Ağdam rayonundakı N saylı hərbi hissədə 1987-ci il təvəllüdlü, 2009-cu ilin aprelində Biləsuvar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış gizir Rahib Miraləm oğlu Kərimov silahla ehtiyatsız davrandığına görə ayağını yaralayıb.

23 sentyabr. Bakıda hərbçi zəhərlənmədən ölüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakının Nəsimi rayonunun A.Məhərrəmov küçəsində yaşayan 1973-cü il təvəllüdlü Bəxtiyar İnqilab oğlu İsmayılov zəhərlənmə diaqnozu ilə paytaxtdakı hərbi hospitalların birinə yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Hərbçinin qida zəhərlənməsindən ölməsi ehtimal edilir. Mərhumun Şüvəlan qəsəbəsində yerləşən N saylı sərhəd xidmətinin məxfi hissəsinin rəisi vəzifəsində çalışdığı bildirilir.

24 sentyabr. Bakının Nərimanov rayonunda baş verən yol qəzasında Xüsusi Dövlət Mühafizə Xidmətinin baş çavuşu - Bakı sakini, 1982-ci il təvəllüdlü Elvin Fərəcov dünyasını dəyişib.

28 sentyabr. Binəqədi rayon hərbi komissarlığı tərəfindən 2009-cu ilin yanvarında həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin Tovuzdakı (Koxanəbi) N saylı hərbi hissəsində xidmət edən 19 yaşlı Əhmədov Pərvin Vaqif oğlu minaya düşüb. Nəticədə onun bir ayağı amputasiya olunub.

Nəticə

Beləliklə, 2009-cu ilin yanvar - sentyabr aylarında Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 50 nəfər təşkil edir. Koalisiyanın məlumatlarına görə, itkilərin 11-i döyüş (8-i erməni gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə qeyri-nizamnamə hərəkətlərindən 18, xəstəlikdən (zəhərlənmədən) isə 5 hərbi qulluqçumuz dünyasını dəyişib. Yanvar - sentyabr aylarında 5 hərbi qulluqçumuzun intihar etdiyi bildirilir. Ötən müddətdə dünyasını dəyişmiş hərbi qulluqçuların 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Milli Təhlükəsizlik Nazirliyinin, 2-si Xüsusi Dövlət Mühafizə Xidmətinin, qalanları isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Silahlı Qüvvələrdə qeyri-nizamnamə, intihar halları və bədbəxt hadisələr artan xətt üzrə inkişaf edir. Hərbyönlü QHT-lər Koalisiyası ekspertlərinin hesablamalarına görə, 2003-2009-cu illərdə - 81 ay müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 381 hərbi qulluqçusunu itirib. Onun 145 nəfəri döyüş (120 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 236 nəfəri isə qeyri-döyüş (49 nəfər intihar, 32 nəfər qəza, 77 nəfər qeyri-nizamnamə hərəkətləri, 37 nəfər bədbəxt hadisələr, 15 nəfər müəmmalı və naməlum vəziyyətlər, 26 nəfər müxtəlif xəstəliklər) itkiləridir. Cari ildə 30 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.

Ümumilikdə, 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 297 nəfərdən çoxdur. İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılmış monitorinq nəticəsində otaya çıxıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
Orduda itkilərin qarşısını necə almalı?
"Doktrina" mərkəzi görülməli tədbirləri açıqlayıb

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Biz heç 500 arasında da yoxuq

"Bayraq qalmaqalı" əndazədən çıxır
Türkiyə bayraqları Şəhidlər Xiyabanından yığışdırıldı...

Egemen Bağış erməni jurnalistlərə dedi:
Protokolların parlamentdən keçməsi çətindir

Müxalifət yenidən təlatüm yaşayır
Liderlər bir-birini səmimiyyətə dəvət edir

İran Xəzərdə yeni komandanlıq yaradır
Bura üç sahil əyalətinin müdafiə qüvvələri daxildir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər