![]() |
çap et |
|
|||
Hərbyönlü QHT-lərin "Müdafiə və Təhlükəsizlik sektoruna ictimai nəzarət" Koalisiyası hesab edir ki, Silahlı Qüvvələrdə itkilərin sayının azaldılması zəruridir. Görəsən, bu itkilərin qarşısını necə almaq olar? "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi isə hesab edir ki, problemləri aradan qaldırmaq üçün aşağıdakı bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir:
- birincisi, Silahlı Qüvvələrdə qeyri-nizamnamə hallarının artmasının səbəbləri öyrənilməlidir. "Doktrina" mərkəzi hesab edir ki, son aylar ordu birləşmələrində nizamnamənin pozulması halları artıb. Ekspertlərin fikrincə, yaranmış hal ordu rəhbərliyinin, hüquq-mühafizə orqanları rəhbərlərini narahat etməlidir. Təcili araşdırmalar aparılmalı, günahkarların cəzalalandırılması istiqamətində tədbirlər görülməlidir. Qurum hesab ki, son illərdə orduda intiharların və naməlum hallar nəticəsində yaranmış itkilərin sayının artması düşündürücüdür. "Orta hesabla Azərbaycan ordusu hər il qeyri-nizamnamə hallarından, naməlum hallardan və intihar hadisələri səbəbindən 40-dan artıq hərbi qulluqçusunu itirir. Bu isə müvafiq narahatlıq üçün ciddi əsasdır", - deyə "Doktrina" mərkəzi bildirir. - ikincisi, şəxsi heyətin maddi-texniki təminatının güclənməsi istiqamətində işlər həyata keçirilməlidir. "Doktrina" mərkəzində ekspertlər bu fikirdədir ki, şəxsi heyətin məvacibləri artırılmalı, sosial şərait yaxşılaşdırılmalıdır. Çünki bu, əks halda orduda neqativ halların artmasına, nəticədə itkilərin çoxalmasına gətirib çıxarır. Qurumun ekspertləri hesab edir ki, ilk növbədə zabit, gizir və ən əsası əsgərlərin maddi-təminatının yaxşılaşdırılması diqqət mərkəzində olmalıdır. "Doktrina"nın araşdırmalarına görə, il ərzində baş vermiş itkilərin ən azı 10-15 faizi təminat məsələlərindən ortaya çıxır. "Kiçik rütbəli zabitlər maddi sıxıntı çəkir, əsgərlər isə aldıqları simvolik məvaciblə öz şəxsi ehtiyaclarını həll edə bilməzlər. Belə bir vəziyyətdə neqativ halların ortaya çıxması istisna deyil", - deyə ekspertlər bildirir. - üçüncüsü, orduda idarəçilik prinsipləri müasir qaydalara uyğunlaşdırılmalıdır. "Doktrina" ekspertlərinin fikrincə, buraya hər bir nüans, o cümlədən hərbi qulluqçuların karyera imkanlarının artırılması da daxildir. Qeyd edilir ki, hərbi qulluqçuların karyera imkanlarının artırılması orduda xidmət əhval-ruhiyyəsinin yaxşılaşmasına səbəb olacaq əsas amillərdən biridir. "Sərbəst karyera imkanları mövcud olduqda zabitlər qarşısında hədəflər olur: hər bir zabit vəzifəcə yüksəlməyə çalışır, çünki yuxarı vəzifə həm də onun maddi problemlərinin həllinə imkan yaradır. Belə karyera imkanları olmadıqda zabitlər həvəsdən düşür, bu isə neqativ halların yaranması üçün baza rolunu oynayır", - deyə bildirilir. - dördüncüsü, orduda rotasiya qaydalarının tətbiq mexanizmi həyata keçirilməlidir. Bildirilir ki, son illər orduda rotasiya qaydalarının tətbiqinə başlanıb. Xüsusilə bu, cəbhə xəttində xidmət edənlərin müəyyən müddətdən sonra (6-10 il) xidmət yerinin dəyişdirilməsi və nisbətən arxaya keçirilməsi ilə bağlıdır. Lakin bu istiqamətdə bir sıra problemlər qalmaqdadır. Hərbi ekspertlərin fikrincə, xüsusilə də bir sıra hərbçilərə münasibətdə ayrı-seçkilik hallarının olduğu müşahidə edilir. "Elə hərbi qulluqçular var ki, hərbi xidmətə rahat kabinetdən başlayıb və burada da xidməti başa vururlar. Daha bir problem rotasiya sistemində Bakı şəhərində olan hərbi hissələrə keçirilmə hallarının çətinliyi ilə bağlıdır. Bu isə uzun illər cəbhə xəttində xidmət edən hərbi qulluqçulara münasibətdə ayrı-seçkilik hallarını üzə çıxarır", - deyə ekspertlər bildirir. - beşincisi, hərbi sahəni nizamlayan qanunların, qanunvericilik aktlarının, nizamnamə və əsasnamələrin təkmilləşdirilməsi və yeniləşdirilməsi zəruridir. Ekspertlər hesab edir ki, bugünkü qanunların əksəriyyəti sovet dövründən qalmadır və orduda həyata keçirilən islahatlar prosesinə mane olur, bir çox hallarda həmin islahatları əngəlləyir. Ekspertlər düşünür ki, qanunvericilik aktlarının təkmilləşdirilməsi zamanı hərbi qulluqçuların hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır. |