İran Silahlı Qüvvələri baş qərargahı cari ilin sonunadək Xəzərdə "Dəniz müdafiə qüvvələri Şimal komandanlığı"nı yaratmaq haqda qərar qəbul edib. Bu haqda İranın "Mehr" agentliyinə İran polis qüvvələri komandanı İsmayıl Əhmədi-Müqəddəm bildirib. "Dəniz müdafiə qüvvələri özünə İranın şimalındakı üç əyələtin müdafiə qüvvələrini birləşdirəcək. Hər əyalətdə mənzil-qərargah yaradılacaq", - deyə o, Xəzərsahili Gilan əyalətinin inzibati mərkəzi Rəştə səfəri zamanı söyləyib.
Xatırladaq ki, oktyabrın 7-8 İranın ali rəhbəri ayətulla Xamneyinin Mazandarana səfəri zamanı İmam Xomeyni adına hərbi litsey tələbələrinin iştirakı ilə ölkənin silahlı qüvvələri Xəzərdə hərbi təlim keçirmişdi. Təlim əsgərlərin döyüş və psixoloji hazırlığının artırılması məqsədi ilə gerçəkləşdirilib.
|