Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Müxalifət yenidən təlatüm yaşayır
Müxalifət yenidən təlatüm yaşayır
Liderlər bir-birini səmimiyyətə dəvət edir
Şənbə, 17.10.2009

S.Abbas mətn ölçüsü  

Müsavat Partiyası 23 dekabr bələdiyyə seçkiləri ilə bağlı açıqlama yayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada seçkilərin demokratikliyinin təmin olunması üçün Müsavatın seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifini irəli sürdüyü və hazırkı seçki komissiyalarından imtina etdiyi bildirilir:

"Belə bir məqamda özünü müxalifət partiyası adlandıran Ümid Partiyası seçki komissiyalarında təmsil olunmağa razılaşıb, bununla da Müsavat və digər müxalifət partiyaları üçün ayrılan yerləri qismən dolduraraq demokratik dövlət quruculuğu istiqamətində aparılan siyasi mübarizəyə xələl gətirib".

Müsavat bildirir ki, Ümid Partiyası adından seçki komissiyalarına təyin edilmiş komissiya üzvlərinin siyahılarının bəzi hallarda yerli icra hakimiyyəti orqanları və YAP rayon təşkilatları tərəfindən müəyyənləşdirilməsi faktları üzə çıxıb, bu faktlar Ümid rəhbərliyi tərəfindən qismən etiraf edilib. Son dövrlər Ümid strukturlarının hakimiyyət strukturları ilə əməkdaşlıq etdiyi də açıqlamada əks olunub: "Seçki komissiyalarının paritet əsaslarla formalaşması zərurətinə diqqəti bir daha cəlb etmək, eyni zamanda Ümid Partiyası strukturlarının hakimiyyət strukturları ilə işbirliyi haqda yayılan məlumatlara aydınlıq gətirilməsini zəruri sayan Müsavat bu partiyaya seçki komissiyalarında iştirakdan imtina etmək barədə qərar qəbul etməyi təklif edib. Bu, həm də Ümid Partiyasının demokratik dəyərlərə nə qədər sadiq olduğunu, demokratik qüvvələrin mənafelərini nəzərə aldığını müəyyənləşdirmək üçün bir test idi. Amma Müsavat Partiyasının xoşməramlı təklifinə adekvat reaksiya verilməyib, müxtəlif qeyri-ciddi, əks təkliflər və bəhanələrlə təklifi qəbul etməkdən yayınıb".

Müsavat qeyd etdiyi amilləri əsas gətirərək, bu partiya ilə əməkdaşlığın bundan sonra davam etdirilməsini qeyri-mümkün sayır. Bununla bərabər, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan digər təşkilatlarla (AXCP, ALP, ADP, VİP) əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə, siyasi və ya seçki blokları yaradılması üçün müzakirələr aparmağa hazır olduğunu bəyan edib.

Bəyanata münasibət bildirən Ümid sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib ki, bu açıqlama qeyri-müəyyən məlumatlarla doludur. Onun sözlərinə görə, əgər Ümid Partiyasının hakimiyyətlə əməkdaşlığını təsdiq edən faktlar varsa, ortaya qoyulmalıdır: "Müsavat Partiyası hakimiyyətdən gələn tapşırıq əsasında müxalifəti parçalayır. Bu tapşırığı uzun illərdir həyata keçirir, indi də bunu davam etdirir. "Demkonqres"i dağıdan da Müsavat olub, 2003-cü ildə hakimiyyətin astanasında olanda geri çəkilib, prosesi axıra qədər aparmağa qadir olmayıb, biz meydanda döyüşərkən partiya başqanı hüquq müdafiəçilərinin maşınında gedib, hərəkatı aparan insanları meydanda tək qoyub evində gizlənib. 2005-ci ildə də "Azadlıq" blokunda parlamentə getməməklə bağlı əldə olunan razılaşmanı pozaraq parlamentə gedib. Bu gün də bu istiqamətdə tapşırıq alaraq müxalifəti parçalayır".

İ.Ağazadə bildirib ki, Ümid Partiyasının seçki komissiyalarında olan təmsilçilərinin böyük əksəriyyəti prezident seçkiləri və referendumda protokolları imzalamayıb: "Biz 2009-cu il yanvarın 9-dan Müsavatla əməkdaşlıq edirik. Müsavat Partiyası özünü YAP-ın əlavəsi hesab edirsə, bu onların problemidir, mənim yox. Ümid Partiyası əməkdaşlıqda da, mövqedə də çox səmimidir". Partiya sədri bildirib ki, Müsavat Partiyasının digər partiyalarla da münasibətləri qeyri-səmimi notlar üzərində qurulub: "Üç il əvvəl "Azadlıq" bloku ilə əməkdaşlıqdan imtina edən Müsavat Partiyası deyildimi? Bu gün Ümid Partiyasından imtina edir, parlament seçkiləri öncəsi də bir-iki partiyadan imtina edəcək. Təki Müsavatın firqə maraqları gerçəkləşsin. Bildirirlər ki, guya biz onların təklifindən imtina etmişik. Belə deyil. Bu gün bütün seçki komissiyalarından nümayəndələrimizi geri çağırmağa hazırıq. Amma bir şərtlə, özlərini doğrultmaq, beynəlxalq rəy yaratmaq istəyirlərsə, parlamentdən də imtina edək. Biz bunu təklif etmişik. Yalandan, şər-şəbədə qoşmaqla "Ümid bəhanələrlə bundan imtina etdi" demək doğru deyil. Bacarırsınız, mandatdan da imtina edin, mübarizəni daha radikal şəkildə davam etdirək. Bacarırlarsa, buyursunlar".

İ.Ağazadə onu da bildirib ki, Müsavatın bu bəyanatı ilə Qarabağ və Respublika Uğrunda Hərəkatı parçalanmış hesab etmir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

İran: şübhəli "etiraflar" dalğası

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında

Hökməlidə hökm kimin olacaq?..

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı

Bölmənin digər xəbərləri
 
Orduda itkilərin qarşısını necə almalı?
"Doktrina" mərkəzi görülməli tədbirləri açıqlayıb

Bu il ordumuz 50 hərbçi itirib
Son 7 ildəki ölüm halları 400-ə yaxınlaşıb

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Biz heç 500 arasında da yoxuq

"Bayraq qalmaqalı" əndazədən çıxır
Türkiyə bayraqları Şəhidlər Xiyabanından yığışdırıldı...

Egemen Bağış erməni jurnalistlərə dedi:
Protokolların parlamentdən keçməsi çətindir

İran Xəzərdə yeni komandanlıq yaradır
Bura üç sahil əyalətinin müdafiə qüvvələri daxildir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər