Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Bayraq qalmaqalı" əndazədən çıxır
"Bayraq qalmaqalı" əndazədən çıxır
Türkiyə bayraqları Şəhidlər Xiyabanından yığışdırıldı...
Şənbə, 17.10.2009


Eldəniz
mətn ölçüsü  

Dünən, 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş türk əsgərlərinin şərəfinə Şəhidlər Xiyabanında yerləşən abidə ətrafında ucaldılan Türkiyə bayraqları Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yığışdırılıb. Bayraqlarla yanaşı bayraqların sancıldığı dəmir dirəklər də xüsusi avadanlıqla kəsilərək ərazidən daşınıb... Dirəklərin yerinə isə daş plitələr düzülüb...

Məlumata görə, bayraqların çıxarılmasına səbəb, 2008-ci il aprelin 25-də ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Qanunun icrasına başlanılması olub. Belə ki, qanunun qüvvəyə minməsi ilə əlaqədar prezident İ.Əliyevin 2008-ci il mayın 7-də imzaladığı fərmana əsasən, qanunun icrasına nəzarəti həyata keçirmək səlahiyyəti Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Məsələyə münasibət bildirən Səbail RİH-nin şöbə müdiri İsrafil Kərimovun sözlərinə görə, bayraqların abidə ətrafından yığışdırılması heç bir kampaniya xarakteri daşımır: "Bu məsələ 2008-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında xarici dəvlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Qanun əsasında tənzimlənir. Rayon ərazisində vaxtaşırı bu qanundan irəli gələn tədbirlər həyata keçirilir. Misal üçün, Türkiyənin "Bəhra" firmasınən baş ofisi qarşısından Azərbaycanın dövlət bayrağı da yığışdırılıb".

XİN mətbuat katibi Elxan Poluxov isə bildirib ki, onun təmsil olunduğu qurum bayraqla bağlı məsələlərə baxmır: "Xarici İşlər Nazirliyi nə bayraq asır, nə də bayraq götürür. Bu məsələnin bizə aidiyyatı yoxdur". Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə son günlər bayraqla bağlı problemlərin diqqət mərkəzində olduğu bir zamanda abidə ətrafındakı bayraqların yığışdırılmasını düzgün hesab etmir: "Hər halda bu ərəfədə belə bir addımın atılmasını doğru hesab etmirəm. Türkiyədə özünü tanımayan kimsənin atdığı addıma qarşı belə addəm atmağımızı doğru saymıram".

F.Mustafadan fərqli olaraq, Yeni Azərbaycan Partiyasından deputat Aydın Mirzəzadə bayraqların yığışdırılmasını qanunun tələbi kimi dəyərləndirib: "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Qanuna görə, xarici dövlətlərin bayraqları harada gəldi asıla bilməz. Düşünürəm ki, abidənin ətrafındakı bayraqlar qanunun tələbinə əsasən yığışdırılıb".

Bayraqların yığışdırılmasını türk xalqına qarşı həqarət kimi qiymətləndirən Müsavat Partiyası isə etiraz olaraq bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, "Siyasi münasibətlərdə yaranan hər hansı bir gərginliyə görə belə münasibət sərgiləmək təkcə qərəzli münasibət deyil, həm də siyasi naşılıqdır".

Partiya rəsmi Bakının bu addımını qətiyyətlə pisləyir, və bayraqların öz yerindən asılmasını tələb edir. Şəhidlər Xiyabanındakı bu abidə 1918-ci ildə Bakının azad olunması uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin şərəfinə 1999-cu ildə ucaldılmışdır. Ətrafında isə Türkiyə ilə yanaşı Azərbaycanın da dövlət bayraqları dalğalanırdı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı

"Öz yuvasına hürən tülkünü bit basar"

Bölmənin digər xəbərləri
 
Orduda itkilərin qarşısını necə almalı?
"Doktrina" mərkəzi görülməli tədbirləri açıqlayıb

Bu il ordumuz 50 hərbçi itirib
Son 7 ildəki ölüm halları 400-ə yaxınlaşıb

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Biz heç 500 arasında da yoxuq

Egemen Bağış erməni jurnalistlərə dedi:
Protokolların parlamentdən keçməsi çətindir

Müxalifət yenidən təlatüm yaşayır
Liderlər bir-birini səmimiyyətə dəvət edir

İran Xəzərdə yeni komandanlıq yaradır
Bura üç sahil əyalətinin müdafiə qüvvələri daxildir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər