Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Milli QHT Forumundan TBMM-ə müraciət
Milli QHT Forumundan TBMM-ə müraciət
Millət vəkillərindən protokolları ratifikasiya etməmək istənilir
Şənbə, 17.10.2009


Elçin
mətn ölçüsü  

"Türkiyə cəmiyyəti, müxalifət partiyaları və deputatların böyük hissəsi bu protokollara dəstək vermir və buna görə də intensiv əməkdaşlıqla bu problemi birdəfəlik aradan qaldıra bilərik". Bu sözləri dünən Milli QHT-lər Forumunun (MQF) təşəbbüsü ilə keçirilən "Türkiyə ilə Ermənistan arasında imzalanmış sazişlərə etiraz" adlı "dəyirmi masa"da MQF başçısı Rauf Zeyni səsləndirib.

Protokollara münasibət bildirən Rauf Zeyni hər iki dövlət arasında oktyabrın 10-da Sürixdə imzalanmış protokolların bölgəyə sülh və asayiş gətirməyəcəyini ifadə edərək, növbəti mərhələdə Türkiyə parlamentinin protokolları ratifikasiya etməyəcəyinə inam bildirdiyini də vurğuladı. "Dəyirmi masa"da iştirak edən natiqlər Qarabağ problemi həll olunmadıqca sərhədlərin açılmayacağı ilə bağlı rəsmi Ankaranın vədlərinə güvəndiklərini dilə gətirdilər.

"Bəzi beynəxalq güclər iki qardaş dövlətin əlaqələrinə ləkə vurmaq siyasəti yürüdür və protokolların imzalanması da həmin siyasətin tərkib hissəsidir", - deyə "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib. Tədbirdə çıxış edən Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bu protokolların imzalanmasını beynəlxalq təzyiqin nəticəsi sayaraq, beynəlxalq birliyi Qarabağ probleminin həlli üçün Ermənistana da belə təzyiq göstərməyə çağırıb. "Bəziləri bu protokolların imzalanmasından istifadə edərək, Azərbaycanı Türkiyə ilə əlaqələri kəsməyə çağırıb. Bu çağırışlara ən sərt təpki göstərilməlidir. Bizim qardaş Türkiyəyə iradlarımız "uman yerdən küsərlər" iradıdır", - deyə hüquq müdafiəçisi Səidə Qocamanlı münasibətini ifadə etməklə yanaşı, QAT-ın Türkiyə səfirliyi önündəki aksiyasında Türkiyə rəhbərlərinin şəkillərinin yandırılmasını kəskin surətdə pisləyib.

"Dəyirmi masa" iştirakçılarının fikrincə, Türkiyənin Ermənistanla sərhədləri bağlamasından ötən 16 il ərzində Qarabağ probleminin həlli sahəsində irəliləyiş olmaması da adıçəkilən protokolların imzalanma səbəbləri sırasındadır. Yekun olaraq, iştirakçılar Türkiyə ictimaiyyətinə müraciət ünvanladı. Sənəddə iki dövlət arasında qardaş və dost əlaqələrinin mövcudluğu önə çəkilməklə yanaşı, bütün mümkün vasitələrlə oktyabrın 21-də Türkiyə parlamentində adıçəkilən protokolların ratifikasiyasını önləmək xahiş olunur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Rusiya NATO-nun Qafqaza təsirini azalda bilməyəcək"
HATM Bakını şimal qonşusu ilə ehtiyatlı olmağa çağırır

Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"
Bu "açılım"işğalın davam etməsinə yardım göstərəcək

"STRATFOR" sərhədlərin açılacağını proqnozlaşdırmır
Hesab edilir ki, proseslərin bu şəkildə davamı Ermənistana qanlı hadisələr vəd edir

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı
Səməd Seyidov: "Ən acınacaqlı hadisə bayrağımıza qarşı yol verilən hörmətsizlik oldu"

Yasemin Bayer BST-nin qonağı oldu
Bir ədəbiyyatçı gözü ilə Azərbaycan - Türkiyə qardaşlığına işıq salındı

Azərbaycan üçün "hərb yoluna" alternativ qalmır
Xəbis beynəlxalq yanaşma ərazi bötövlüyümüzü dincliklə təmin etməyə şans vermir

Xamneyinin koma xəbəri: varis kimdir?
Oğlu Müctəba Xamneyi nişan verilir

Bələdiyyə seçkiləri ilə bağlı ADP-nin müəmmalı qərarı
Seçkiləri boykot etsə də, üzvlərini seçkilərdə aktiv iştiraka çağırdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər