Bakı Söhbət Toplantıları Klubunun (BST) 124-cü toplantısının qonağı türkiyəli yazar, jurnalist və tərcüməçi, ölkəmizin ədəbi çevrələrində yaxşı tanınan Yasemin Bayer olmuşdur. BST Azərbaycanda yaşayan və biznes qurmuş rəhbər və iş adamları tərəfindən yaradılmışdır. BST-nin missiyası - Atatürkün müasirlik, demokratiya və vətəndaşlıq anlayışından hərəkət edərək, dünyəvi dəyərləri əsas almış ortaq bir layihə və fikir platforması yaradıb, Türkiyə və Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına yönəlmiş işbirliyinə yardımçı olmaq, fərdi, kütləvi və təşkilati məsələlərin həllinin tapılmasıdır.
Bakı Söhbət Toplantıları Klubunun 124-cü məclisində çıxış edən araşdırmaçı, qəzetçi və yazıçı Yasemin Bayer toplantı iştirakçılarına "bir ədəbiyyatçı gözü ilə Azərbaycan - Türkiyə qardaşlığı" mövzusunda konfrans keçirdi. Konfrans əsnasında ortaq dəyərlərimiz, ortaq mədəniyyət və incəsənətimiz üzərində fikir mübadiləsi aparıldı. Türkiyədəki ziyalıların Azərbaycan ədəbiyyatını kifayət qədər bilmədikləri nöqteyi-nəzərindən bu sahədə görülən bütün işlərin çox önəmli olduğu təsbit edildi.
Azərbaycan ədəbiyyatının bir çox seçilmiş əsərini, o cümlədən ən son görülmüş işlərdən biri olan - məşhur yazıçı İsmayıl Şıxlının böyük əsəri "Dəli Kür"ün Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edilməsində və həmçinin Mustafa Kamal Atatürkün Türkiyənin qurtuluş müharibəsindən və Türkiyə Cümhuriyyətinin yaradılmasından bəhs edən böyük əsəri - "Nitqlər"in miniatür çapının hazırlanmasında böyük səy göstərdiyinə görə Yasemin Bayerə sağ ol deyildi, işləri təqdir olunru.
Toplantı iştirakçıları Bakı Söhbət Toplantıları Klubu olaraq Yasemin xanımın mədəniyyət sahəsindəki çalışmalarını çox yüksək qiymətləndirdiklərini bildirdilər.
|