Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"STRATFOR" sərhədlərin açılacağını proqnozlaşdırmır
"STRATFOR" sərhədlərin açılacağını proqnozlaşdırmır
Hesab edilir ki, proseslərin bu şəkildə davamı Ermənistana qanlı hadisələr vəd edir
Şənbə, 17.10.2009

İ.Telmanoğlu mətn ölçüsü  

"Ermənistan və Türkiyə prezidentlərinin görüşü çox vacib olsa da, əldə olunan razılaşmalar hələ də simvolik xarakter daşıyır. İki ölkə münasibətlərin normallaşması üçün ciddi problemlərlə üzləşir". Bu sözlər isə ABŞ-ın tanınmış qlobal informasiya şirkəti "STRATFOR"un APA üçün hazırladığı hesabatdandır.

Hesabatda bildirilir ki, "STRATFOR"un Ermənistanda olan mənbələrinin məlumatına görə, Türkiyə Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşünün nəticəsiz bitməsindən narahat olub. Azərbaycan xəbərdarlıq edib ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ həll olunmadan, Türkiyə Ermənistanla əlaqələri bərpa etmək istəsə, rəsmi Bakı bu yaxınlaşmanı ya dalana salacaq, ya da çətinləşdirəcək.

"STRATFOR" öz mənbələrinə istinadən yazır ki, Türkiyənin Ermənistana ultimatumu indi də qüvvəsində qalır: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq". Bu, ciddi təhdiddir və göstərir ki, protokollar istənilən vaxt boş kağız parçasına çevrilə bilər.

Hesabatda qeyd olunur ki, prezident Sarkisyanın ölkə üzərində nəzarəti güclü olsa da, parlamentdə və Ermənistan ictimaiyyətində siyasi narazılıq keçmişdə ciddi fəsadlar törədib. Belə bir hal 1999-cu ildə də qeydə alınmışdır. O vaxt bir qrup silahlı şəxs hökumətin korrupsiyaya uğramasını və zəif iqtisadiyyatı bəhanə gətirərək parlamentə hücum etmişdi. Nəticədə baş nazir və daha bir neçə yüksək rütbəli məmurlar qətlə yetirilmişdi. "STRATFOR" ehtimal etmir ki, belə bir hadisə təkrarlana bilər, amma Ermənistan siyasəti öz qanlı tarixi ilə tanınır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

İrəvan bu günlərdə nəylə nəfəs alır?

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

Dünya Bankı və BVF təcavüzkara kredit verir

Bölmənin digər xəbərləri
 
"Rusiya NATO-nun Qafqaza təsirini azalda bilməyəcək"
HATM Bakını şimal qonşusu ilə ehtiyatlı olmağa çağırır

Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"
Bu "açılım"işğalın davam etməsinə yardım göstərəcək

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı
Səməd Seyidov: "Ən acınacaqlı hadisə bayrağımıza qarşı yol verilən hörmətsizlik oldu"

Yasemin Bayer BST-nin qonağı oldu
Bir ədəbiyyatçı gözü ilə Azərbaycan - Türkiyə qardaşlığına işıq salındı

Milli QHT Forumundan TBMM-ə müraciət
Millət vəkillərindən protokolları ratifikasiya etməmək istənilir

Azərbaycan üçün "hərb yoluna" alternativ qalmır
Xəbis beynəlxalq yanaşma ərazi bötövlüyümüzü dincliklə təmin etməyə şans vermir

Xamneyinin koma xəbəri: varis kimdir?
Oğlu Müctəba Xamneyi nişan verilir

Bələdiyyə seçkiləri ilə bağlı ADP-nin müəmmalı qərarı
Seçkiləri boykot etsə də, üzvlərini seçkilərdə aktiv iştiraka çağırdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər