Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"
Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"
Bu "açılım"işğalın davam etməsinə yardım göstərəcək
Şənbə, 17.10.2009

İ.Telmanoğlu mətn ölçüsü  

"Türkiyə-Ermənistan protokollarının imzalanması ilə bağlı Azərbaycanın rəsmi mövqeyi XİN tərəfindən 30 avqust və 10 oktyabrda verilmiş bəyanatlarda və Azərbaycan prezidenti cənab İlham Əliyevin bu ilin 9 oktyabr tarixində Kişinyovda AzTV-yə müsahibəsində ifadə olunub". Bu sözləri APA-ya eksklüziv açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Nazir müavini Azərbaycanın eyni zamanda Türkiyənin Ermənistanla öz tarixi problemlərini həll etmək və münasibətləri normallaşdırmaq səylərinin vacibliyini başa düşdüyünü vurğulayır: "Dəfələrlə qeyd etdiyimiz kimi, münasibətlərin qurulması dövlətlərin suveren hüququdur. Türkiyə Ermənistanla sərhədlərini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq bağlayıb. Müvafiq kontekstdə verilən qərar həmin kontekstdən ayrı ləğv edilə bilməz. Biz əminik ki, mövcud vəziyyətin dəyişmədiyi və ərazilərin hələ də işğal altında olduğu bir halda, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması təkcə Azərbaycan və münaqişənin həllinə deyil, eyni zamanda bütün Cənubi Qafqaz regionuna mənfi təsir edəcək.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdiyi vəziyyətdə sərhədlərin Türkiyə tərəfindən açılması beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsinə məcbur etmək, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət etmək, Dağlıq Qarabağ daxil olmaqla bütün işğal olunmuş ərazilərindən ordularının çıxarılmasına və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün lazımi şəraitin yaradılması səylərinə ciddi zərbə vuracaq. Son aylarda artıq iki dəfə gördüyümüz kimi, sərhədlərin açılması Ermənistanı münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlarda qeyri-konstruktiv mövqedə qalmağını stimullaşdıracaq. Hətta Türkiyə, Ermənistan və İsveçrə tərəfdən protokollara dair danışıqların gələcək perspektivləri barədə səsləndirdikləri tək bir bəyanat Ermənistana Azərbaycanla danışıqlarda öz mövqeyini sərtləşdirməsinə kifayət edib".

"Əminliklə deyə bilərik ki, sərhədlərin açılması ilə Türkiyə-Ermənistan arasında iqtisadi əməkdaşlığın başlanması Ermənistanın işğalı davam etməsinə yardım göstərəcək. Bu, nəticə etibarı ilə, azərbaycanlıların, həmçinin Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının öz torpaqlarına qayıdışını əngəlləyəcək", - deyə Araz Əzimov vurğulayıb.

Nazir müavini Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının Ermənistanın bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayacağı təqdirdə region üçün müsbət nəticələr verməyəcəyini bir daha qeyd edib: "Türkiyə-Ermənistan sərhədlərinin açılması, yalnız Ermənistan ordularının Azərbaycan ərazilərindən çıxarılması və Laçın yolunun bütün tərəflərin istifadəsi üçün yenidən açılması ilə bərabər eyni zaman çərçivəsinə salındığı təqdirdə, münaqişənin həllinin elementi kimi vacib rol oynaya bilər. Bütün bunlar baş verdikdə, Türkiyə, Ermənistan və Azərbaycan iqtisadi əməkdaşlıq üçün daha əlverişli imkanlara malik ola bilər. Belə bir yanaşma münaqişənin həllinin bir hissəsi kimi regionda bütün sərhədlərin və kommunikasiyaların açılması konsepsiyasına uyğun olacaq. Əks təqdirdə, regionda sülh və təhlükəsizlik çətin ki, bərqərar olsun".

Araz Əzimov bildirib ki, Ermənistan ordusu Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmayana qədər rəsmi Bakı Ermənistanla hər hansı iqtisadı əməkdaşlığı nəzərdən keçirməyəcək: "Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımağa hazırdırsa, o zaman bizim də, təbii olaraq, eyni münasibəti regionun digər dövlətlərinə, həmçinin Azərbaycana göstərilməsini tələb etmək hüququmuz var".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Araz"ın rəqibləri bəlli oldu

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı

Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı

Virusu qarşılamağa ciddi hazırlıq görülüb

Azərbaycan çempionunun rəqibi "Omoniya"dır

Bölmənin digər xəbərləri
 
"Rusiya NATO-nun Qafqaza təsirini azalda bilməyəcək"
HATM Bakını şimal qonşusu ilə ehtiyatlı olmağa çağırır

"STRATFOR" sərhədlərin açılacağını proqnozlaşdırmır
Hesab edilir ki, proseslərin bu şəkildə davamı Ermənistana qanlı hadisələr vəd edir

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı
Səməd Seyidov: "Ən acınacaqlı hadisə bayrağımıza qarşı yol verilən hörmətsizlik oldu"

Yasemin Bayer BST-nin qonağı oldu
Bir ədəbiyyatçı gözü ilə Azərbaycan - Türkiyə qardaşlığına işıq salındı

Milli QHT Forumundan TBMM-ə müraciət
Millət vəkillərindən protokolları ratifikasiya etməmək istənilir

Azərbaycan üçün "hərb yoluna" alternativ qalmır
Xəbis beynəlxalq yanaşma ərazi bötövlüyümüzü dincliklə təmin etməyə şans vermir

Xamneyinin koma xəbəri: varis kimdir?
Oğlu Müctəba Xamneyi nişan verilir

Bələdiyyə seçkiləri ilə bağlı ADP-nin müəmmalı qərarı
Seçkiləri boykot etsə də, üzvlərini seçkilərdə aktiv iştiraka çağırdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər