Hal-hazırda Ayna qəzetinin 17.10.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.10.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xamneyinin koma xəbəri: varis kimdir?
Xamneyinin koma xəbəri: varis kimdir?
Oğlu Müctəba Xamneyi nişan verilir
Şənbə, 17.10.2009

S.Sədrəddin mətn ölçüsü  

Ötən gün dünya mediasında İranın ali rəhbəri Əli Xamneyinin komaya düşməsi barədə xəbər yayıldı. Xəbərlərə görə, onun yanında oğlu Müctəba Xamneyi qalır.

İranlı bloqqerlər isə bildirir ki, Tehranda vəziyyət son dərəcə gərgindir. Paytaxtda çoxlu sayda hərbçi və xüsusi xidmət əməkdaşları yerləşdirilib. Hələ 2007-ci ildə İran üzrə amerikalı mütəxəssis Maykl Ledayn özünün bloqunda ayətulla Xamneyinin ölümü haqda xəbər yaymışdı. O zaman dezinformasiyaya görə bu amerikalı ictimaiyyətin qınağına çevrilmişdi.

İki sutkadan çox vaxt keçməsinə baxmayaraq, rəsmi Tehran məsələyə açıq münasibət bildirməyib. Ölkə rəsmiləri bu xəbərin müxaliflər tərəfindən yayıldığını bəyan etməklə kifayətlənir.

İranın Ermənistan səfirliyi bu məlumatın əsası olmadığını bildirib. İRNA, İSNA, "Fars" kimi tanınmış İran agentlikləri, eləcə də ölkənin fars dilli rəsmi qəzetləri, "PersTV" telekanalı, "Tehran tayms" da ayətulla Xamneyinin sağlıq durumu ilə bağlı yayılmış məlumatı nə təkzib, nə də təsdiq edir.

Ayətullanın "khamenei.ir" saytında da məsələyə münasibət bildirilmir. Oktyabrın 7-8-də etdiyi çıxışları bu saytda yer alır. Müşahidəçilərin qənaətincə, xəbərin təsdiqinin yayılmaması İranda mövcud durumla daha çox bağlıdır. Məlum olduğu kimi, prezident seçkisindən sonra bu siyasi kampaniyanın rəsmi nəticələrinə etiraz edənlərə qarşı sərt təpkilər göstərilib. Maraqlısı budur ki, ayətulla Xamneyi də təzyiq göstərənlər tərəfdə olub.

Bundan başqa, İran hakimiyyətinə qarşı beynəlxalq basqılar da artmaqdadır. Həm ölkədəki ictimai-siyasi böhran, həm də xarici təzyiqlər vəziyyətin qarışma ehtimalını artırır.

Hələ 1981-ci ildə Tehranda o vaxtkı prezident Rəcainin, ayətulla Xamneyinin və hakimiyyətin bir sıra təmsilçilərinin yerləşdiyi binada partlayış baş vermişdi. Olayda prezident və başqaları həlak olmuş, ayətulla Xamneyi isə yaralanmışdı. Elə bu hadisədən sonra onun bir qolu iflic idi.

Bu yaxınlarda onun adından bir müraciət yayılmışdı. Həmin müraciətdə ayətulla Xamneyi şikəstliyini də vurğulayaraq, bildirib ki, abırının qorunmasına görə İran xalqına minnətdardır.

REKLAM

Bu kimi ifadələrlə yanaşı, ölkə əhalisindən halallıq istəyib. Həm Xamneyinin, həm də Rəfsəncaninin ağır xəstə olması barədə söz-söhbət çoxdandır var. Qapalı rejimlərdə hakimiyyət bu sayaq xəbərləri ölkə ictimaiyyətindən məqsədli şəkildə gizlədir. Ayətulla Xomeyninin ölmü də bir həftədən artıq əhalidən gizli saxlanıldı. Onda hakimiyyət cəmiyyətin qarşısına hazır komanda ilə çıxmağa hazırlaşırdı. Hazır olduqdan sonra Xomeyninin öldüyü rəsmən elan edildi. Ancaq bu açıqlamaya qədər ölkə məscidlərində onun ruhuna, adı çəkilməsə də, dualar oxunurdu.

Bu son seçkilərdən sonra etirazçıların "Diktatora ölüm!" şüarı söylədiyi sırada son 30 ildə ilk dəfəydi ki, ölkənin ali rəhbərinə qarşı da açıq-aşkar şüarlar verilirdi. Bu baxımdan hesab edilir ki, ayətulla Xamneyi prezident Mahmud Əhmədinejadın girovuna çevrilmişdi. Çünki sızan xəbərlərə əsasən, son illər ayətulla Xamneyi dövlətin idarə olunmasına az müdaxilə edir. Ümumiyyətlə, Əhmədinejad prezident olandan sonra onu ayətulla Misbah Yəzdi kimi radikal ruhanilərin idarə etdiyi bildirilir. Ayətulla Yəzdini hətta Əhmədinejadın "xaç atası" sayanlar da var. Elə bu günlərdə o, hərbi dəniz qüvvələri donanmasının komandanı ilə görüşündə seçkidən sonrakı hadisələrə toxunaraq, bildirib ki, məğlub olmuş partiya qalibi təbrik etməkdənsə, "iğtişaşa əl atdı, ağılsız işlər gördü. Cəmiyyətdə rüsvay olandan sonra vəhdət şüarı verdilər. Bu hərəkət vəhdətdən sui-istifadədir".

Bu baxımdan İran cəmiyyəti və beynəlxalq birlik bu ölkədə yeniliyə hazır olmalı və ya hazırlaşmalıdır. Xamneyinin vəfat xəbəri İran üçün yeni və daha təhlükəli bir problemin mövcudluğunu ortaya çıxardı. ...Bu xəbər gerçəkdirsə, o zaman bu ölkəyə hansı növbəti avtoritet başçılıq edəcək? İndi bu haqda daha çox düşünülür. Məlum olduğu kimi, bu ölkədə ali rəhbəri 86 nəfər üzvü olan Dini Ekspertlər Şurası seçir. Bu quruma isə keçmiş prezident və seçkidə Mirhüseyn Musəvini müdafiə etmiş, maliyyə yardımı göstərmiş Ələkbər Haşimi-Rəfsəncani başçılıq edir.

Qaydalara görə, qurumun başçısı ali rəhbər seçilə bilməz. Bu baxımdan uzun illərdir ki, ayətulla Xamneyinin yerinə oğlu Müctəbanın hazırlandığı haqda xəbərlər dolaşır. Elə Əhmədinejadın seçki kampaniyasını məhz onun idarə etdiyi deyilirdi. 2005-ci ildə də o, atasının yardımı ilə Əhmədinejadın prezident olmasına yardım etmişdi. Ancaq bu şəxsin ruhani titulu (daha doğrusu, dərəcəsi) məsələsində problem var. Oğul Xamneyi "höccətülislam"dır. Ancaq ölkənin Anayasasına əsasən, ali rəhbər (vilayəti-fəqih) postunu ayətulla titulu daşıyan şəxs tuta bilər. Bundan başqa, həmin müctəhidə təqlid edilməlidir. Bu ölkənin problemlərindən biri də müctəhidliyin siyasiləşməsidir. Təqlid siyasi baxışlara uyğun müəyyənləşdirilir. Dünya şiələrinin çoxu isə hazırda İraqda yaşayan ayətulla Sistaniyə təqlid etməkdədir. Belə olan halda, yəni ali rəhbər postu siyasiləşdiyi bir şəraitdə həmin vəzifəni Müctəba Xamneyi, Rəfsəncani, Misbah Yəzdi və daha kim desən tuta bilər...

Hələlik isə Tehrandan əks xəbərlər də yayılır: "Ayətulla Xamneyi sağdır. O, "Qədir-Xum" mərasimində" namaz qılacaq...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xamneyi - Rəfsəncani qarşıdurması artmaqdadır

Əhmədinejada dini rəhbərdən xeyir-dua

Bölmənin digər xəbərləri
 
"Rusiya NATO-nun Qafqaza təsirini azalda bilməyəcək"
HATM Bakını şimal qonşusu ilə ehtiyatlı olmağa çağırır

Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"
Bu "açılım"işğalın davam etməsinə yardım göstərəcək

"STRATFOR" sərhədlərin açılacağını proqnozlaşdırmır
Hesab edilir ki, proseslərin bu şəkildə davamı Ermənistana qanlı hadisələr vəd edir

Azərbaycan heyətinin Ankarada mətbuat konfransı
Səməd Seyidov: "Ən acınacaqlı hadisə bayrağımıza qarşı yol verilən hörmətsizlik oldu"

Yasemin Bayer BST-nin qonağı oldu
Bir ədəbiyyatçı gözü ilə Azərbaycan - Türkiyə qardaşlığına işıq salındı

Milli QHT Forumundan TBMM-ə müraciət
Millət vəkillərindən protokolları ratifikasiya etməmək istənilir

Azərbaycan üçün "hərb yoluna" alternativ qalmır
Xəbis beynəlxalq yanaşma ərazi bötövlüyümüzü dincliklə təmin etməyə şans vermir

Bələdiyyə seçkiləri ilə bağlı ADP-nin müəmmalı qərarı
Seçkiləri boykot etsə də, üzvlərini seçkilərdə aktiv iştiraka çağırdı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər