![]() |
çap et |
|
|||
Zorlama, seksual xarakterli zorakılıq hallarının sayı artıb. DİN mətbuat xidmətindən verilən məlumata görə isə, zorlama cinayətləri 2 dəfə azalıb. Lakin gündəlik məlumatlar bu rəsmi rəqəmin əksini deyir. Paytaxtda və əyalətlərdə bu yönümlü cinayətlərin sayının çoxaldığı narahatlıq doğurur.
Sabunçu və Xətaidən üç xəbər Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən aldığımız məlumata görə, Ramana qəsəbəsində yerləşən "AzGermannet" ərazisində Suraxanı qəsəbəsi sakinləri - 1966-cı il təvəllüdlü Arzu Quliyev Samirə (ad şərti verilib) adlı qızla "Opel Vektra" markalı avtomaşında cinsi əlaqədə olarkən Sabunçu rayon Mühafizə Polisinin əməkdaşları Müşfiq Allahverdiyev və Elnur Eyvazov maşına yaxınlaşaraq, onlardan polis idarəsinə getmələrini tələb ediblər. Lakin polis əməkdaşlarının hərəkətlərinə əsəbiləşən Quliyev maşını işə salaraq onların üstünə sürüb. Buna baxmayaraq, polis əməkdaşları hər iki şəxsi polis idarəsinə aparıblar. Araşdırma aparılır. Sabunçu rayonundan başqa bir xəbərə görə, azyaşlı oğlan zorlanıb. 14-cü polis bölməsindən verilən məlumata görə, Nardaran qəsəbəsində yerləşən sahibsiz bağda Həmid adlı şəxs 2001-ci il təvəllüdlü Ə. S-ovla cinsi əlaqədə olub. Azyaşlı oğlanın valideynləri baş vermiş hadisə ilə bağlı polisə şikayət ediblər. Paytaxtın Xətai rayonunda isə zorlamada ittiham olunan şəxs tutulub. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən verilən məlumata görə, Tağızadə küçəsi ev 22, mənzil 19-da yaşayan 1988-ci il təvəllüdlü Sübhan Xəlilov qonşusu, 17 yaşlı Sevdanı (ad şərti verilib) zorladığı üçün tutulub... Ata qızını zorlayıb Bu günlərdə Qusar rayonunda müdhiş zorlama hadisəsinin baş verdiyi barədə məlumat yayıldı. Məlumata görə, ərə verilən qız toyundan bir neçə gün sonra "üzüqara" ata evinə qaytarılıb. Qaytarılan gəlinin qayınanası bildirib ki, gəlini doğma atası uşaq vaxtında zorlayıb. Qusar polisi əxlaqsız hərəkətlər etməkdə ittiham olunan atanı həbs edib. İstintaq sirri olduğundan isə həmin şəxsin adı açıqlanmır. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə aparılan işdə yetkinlik yaşına çatmayan qızını zorlamaqda ittiham olunan ata müttəhimlər kürsüsündə əyləşib. Bu əməldə ittiham olunan Zaqatala rayon sakini Abuzər Çobanovun cinayət işini hakim Ələkbər Quliyev araşdırırdı. Ona 10 il iş kəsildi. İttihama görə, Abuzər Çobanov ötən ilin mayında 16 yaşlı qızı Pərvanənin (ad şərti verilib) evdə tək olmasından istifadə edərək onu zorlayıb. Ata qızı ilə cinsi əlaqədə olduqdan sonra baş vermiş hadisə barədə heç kimə deməməsi ilə bağlı ona hədə-qorxu gəlib. Pərvanə də atası tərəfindən zorlandığını sirr saxlasa da, bir neçə aydan sonra səhhətində problemlər yaranıb. Anası qızını həkimə göstərmək məqsədilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin müayinəsindən sonra qızın zorlanması üzə çıxıb və bundan sonra qız atası tərəfindən zorlandığını etiraf edib. Qızın ifadələri əsasında Zaqatala polisi Abuzər Çobanovu həbs edib. Və budur, namussuz ata layiq olduğu cəzanı aldı. Zorlama və qarət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlamada təqsirli bilinən başqa şəxsin məhkəmə prosesi idi. Müəyyən edilmişdi ki, Emin Alməmmədov insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgəsinin əmlakını açıq talamaqla soyğunçuluq və seksual xarakterli zorakılıq hərəkətləri edib. Emin Alməmmədov Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 11 mart 2008-ci il tarixli hökmü ilə CM 180.1-ci maddəsi ilə 1 il 05 ay 12 gün islah işləri cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmamış və təkrarən 2 fevral 2009-cu il saat 01 radələrində Xalidə (ad şərti verilib) ilə cinsi əlaqədə olmaq məqsədilə, sonuncunu Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 39 saylı binanın 4-cü mərtəbəsinin pilləkən meydançasına dəvət edib. Orada Xalidəyə məxsus olan 57 manat 50 qəpik dəyərində "Nokia 5200" markalı mobil telefonunu, əl çantasında olan 12 manat pulunu, cəmi 69 manat 50 qəpik dəyərində əmlakını açıq talayaraq soyğunçuluq edib... Ardınca elə oradaca seksual xarakterli zorakılığa baş vurub və iş məhkəməyə gəlib çıxıb. Emin Alməmmədov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş şəxs Xalidəni əvvəllər tanıyıb: "Bilyard klubuna bilyard oynamağa gedən vaxtları həmin klubda ofisiant işləyən Xalidəni görmüşəm və bu xanımla fürsət olan kimi tanış olmağı qərara almışdım. Fevralın 1-də Xalidə ilə tanış oldum. Onunla Kukla Teatrının yanında görüşüb söhbət etdim, ertəsi gün yenə görüşməyi qərara almışdıq. Fevralın 2-də Kukla Teatrının yanında Xalidə ilə yenə görüşdük. Söhbət zamanı Xalidə özünə məxsus mobil telefonunun xarab olmasından, yaxşı eşidilmədiyindən şikayətləndi. Xalidədən xoşum gəldiyi üçün telefonu ondan alaraq təmir etdirməyə söz verdim. Daha doğrusu, Xalidəyə söz verdim ki, telefonu düzəltdirəcəm, alınmasa yenisini alaram. Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, "Xəzərtikinti" şirkətində təhlükəsizlik xidmətində işlədiyi üçün telefonu təmirə aparmağa vaxtı olmayıb. Onun sözlərinə görə, fevralın 7-də polis əməkdaşları onu tutan zaman Xalidə ondan polisə şikayət etməsini bilib: "Elə polis bölməsində Xalidə ilə görüşdüm, Xalidə mənə dedi ki, "sən bilmirdin mənə belə edəndə, mən də sənə belə edəcəyəm". Xalidədən xahiş etdim ki, ərizəsini geri götürsün, lakin Xalidə razı olmadı". Nə isə, dolaşıq əhvalatdır. Lakin seksual xarakterli hərəkətlər edənə 8 il iş verdilər. Zərərçəkmiş təqsirləndirilən şəxs tərəfindən zorlandığını bildirirdi: "Emin mənə qarşı zor tətbiq edib. Başıma vuraraq məcburi maşına oturdaraq "28 May" metro stansiyasının yanında ünvanını bilmədiyi binaların birinə saldı. Orada məni hədələyərək seksual xarakterli zorakılıq hərəkətləri etdi və bundan sonra mobil telefonumu alaraq çıxıb getdi". Bunlar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə üzdə olan məhkəmə proseslərindən yalnız bəziləridir. Hazırda bu tipli daha bir neçə cinayət işi araşdırılır. Məhkəmə bu ilin 10 ayı ərzində 50-yə yaxın zorlama hadisəsi üzrə hökm elan edib... |